“Qlobal
medianın inkişaf trendləri: Risklər
və imkanlar” mövzusunda
Bakı Beynəlxalq Media Konfransı keçirilib
Oktyabrın 14-də "Qloballaşma dövründə medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Qlobal Jurnalistlər Şurasının və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, 100-ə yaxın yerli və xarici media nümayəndələri iştirak edirdilər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbiri açaraq bu media konfransının gələcəkdə qlobal məsələlərin müzakirə olunduğu platformaya çevriləcəyini deyib. O, ölkəmizdə media azadlığının təmin olunduğunu vurğulayaraq son vaxtlar internet medianın inkişaf etdiyini, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.
Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim çıxışında Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb. Azərbaycan və Türkiyə mediasının ortaq hədəflərinin olduğunu qeyd edən Mehmet Ali Dim Türkiyədə çoxsaylı media təşkilatlarının olduğunu deyib. O bildirib ki, bu sahədə tənzimləməyə, yeni bir nəfəsə ehtiyac var. Qlobal Jurnalistlər Şurası Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəstəyi ilə yaradılıb. Türkiyədə fəaliyyət göstərən xarici media orqanları da bu təşkilatın sıralarında yer alır.
Konfransda
çıxış edən Prezidentin
köməkçisi Əli Həsənov bildirib
ki, bu gün
türk dünyasının gözü Bakıda keçirilən Türk Şurasının Zirvə
Görüşündədir. Bu ildən Türk Şurasına sədrlik Azərbaycana keçir və bu qurumla bağlı mühüm
qərarlar Bakıda qəbul olunacaq.
"Bilirsiniz ki, biz Azərbaycan mediasının həm regional, həm də qlobal media trendlərini inkişaf etdirdiyimiz kimi, bizə aid olan bəzi faktların, informasiyanın, həqiqətlərin regionumuzda və dünyada yayılmasında, gördüyümüz işlər haqqında hər kəsin məlumatlanmasında maraqlıyıq”, - deyən Əli Həsənov Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin multikultural cəmiyyətdə yaşadıqlarını vurğulayıb. Qeyd edib ki, azərbaycançılıq məfkurəsi ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin birliyini, vahid amal uğrunda mübarizəsini, dövlətin onların bütün məsələlərdə yanında olmasını hədəfləyən ideologiyadır.
Prezidentin köməkçisi daha sonra deyib: "Təəssüf ki, bu gün dünyada haqqa, ədalətə qarşı olan dövlətlər də var. Onların qurduğu rejimlər sülhü təhdid edir, terror aktları törədərək xalqların dinc həyatını pozur, insanları yurd-yuvasından didərgin salır. Bu gün Yaxın və Orta Şərqdə, Avropada müşahidə olunan qaçqın-köçkün fəlakətini biz 20 il əvvəl yaşamışıq. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyondan çox azərbaycanlını yurd-yuvasından didərgin salıb. Bu gün onlar qaçqın və məcburi köçkün həyatı yaşayırlar. Biz o insanlar üçün haqq, ədalət axtarırıq. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar isə ikili standartlar səbəbindən həyata keçmir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi, didərgin salınmış insanların doğma yurdlarına qayıtması üçün şəraitin yaradılması tələb olunur. Ermənistan isə 20 ildən çoxdur ki, bu qətnamələri yerinə yetirmir. Təəssüf ki, müasir dünyanın ədalətsizlikləri fonunda bu işğal davam edir”.
Əli Həsənov Türkiyənin də haqsızlıqlarla üzləşdiyini bildirərək qeyd edib ki, 100 il bundan əvvəl baş vermiş hadisələri qardaş ölkənin adına yazaraq onları soyqırımı törətməkdə ittiham edirlər. Lakin erməni terrorist qrupları həm türklərə, həm də azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktları törədiblər. Türk diplomatlarına qarşı müxtəlif vaxtlarda terror hücumları həyata keçirilib. Həmçinin ötən əsrin ortalarınadək azərbaycanlılara qarşı üç dəfə soyqırımı törədilib. Bu soyqırımları nəticəsində ümumilikdə 100 minə yaxın, Dağlıq Qarabağ münaqişəsi zamanı isə 30 minədək azərbaycanlı qətlə yetirilib. Bütün bunların səbəbkarı erməni millətçiləridir.
Bu konfransın ölkəmiz haqqında həqiqətlərin
dünyaya çatdırılması üçün yeni imkanlar yaratdığını vurğulayan Prezidentin
köməkçisi deyib ki,
Azərbaycan bu gün
bölgənin və dünyanın ən inkişaf
etmiş ölkələrindən biridir: "Biz neftdən
gələn gəlirləri digər sahələrin
inkişafına yönəldərək müasir
infrastruktur yaratmışıq. Neft gəlirlərindən istifadə edərək
Azərbaycan mediası üçün də
yaxşı imkanlar yaratmışıq.
Azərbaycan mediası hazırda bölgə üçün
ən qabaqcıl nümunələrdən birinə çevrilib. Bu gün Azərbaycanda media azad şəkildə inkişaf
edir. İnternet tam azaddır. Sosial şəbəkələrin və
internetin yaratdığı
imkanlar beynəlxalq və region mediaları ilə əlaqələrimizin
intensivləşməsinə şərait yaradır və biz bundan bəhrələnirik. Dövlətimiz azad mediaya dəstək
verir. KİV-ə qrantlar verilir, jurnalistlərin problemlərinin
həllinə yaxından
kömək göstərilir,
onların mənzil-məişət
şəraiti yaxşılaşdırılır”.
Əli Həsənov,
həmçinin qeyd edib ki, Azərbaycan
mediasının imkanlarından
istifadə edərək
həm ölkəmizin,
həm də Türkiyənin problemlərini
dünyaya çatdırmağa
çalışırıq. Diasporumuzu və
mediamızı birləşdirməli
və haqsızlıqlara
qarşı birgə mübarizə aparmalıyıq.
Azərbaycan Türkiyənin
"Sülh çeşməsi”
əməliyyatına dəstək
verir. Haqq işində Azərbaycan
Türkiyənin yanındadır.
Ümummilli Lider Heydər
Əliyevin "Bir millət, iki dövlət” formulu bu gün bizim
bütün sahələr
üzrə birliyimizə
xidmət edir.
"Habertürk” televiziyasının
əməkdaşı Bülent
Aydemir bu gün Türkiyənin şanlı mübarizəsinə
qarşı əks təbliğat aparıldığını
söyləyərək bildirib
ki, Suriyada aparılan əməliyyat
təhlükəsizliklə bağlıdır, terrorçuluqla
mübarizədir, işğal
məqsədi daşımır. Türkiyənin öz sərhədləri
yaxınlığındakı əraziləri terrorçulardan
təmizləməyə gücü
və hüququ var. Onun haqq işinin
bütün dünyaya
çatdırılmasında medianın köməyi də önəmlidir.
Sonra çıxış
edən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bugünkü tədbirin Türk Şurasının yubiley Zirvə Görüşü
ilə eyni vaxta təsadüf etdiyini bildirib. Türkiyənin Suriyada keçirdiyi əməliyyatlara toxunan H.Babaoğlu qeyd edib ki, bu
gün müharibə
təkcə hərbi müstəvidə deyil, eyni zamanda, informasiya
müstəvisində gedir.
Belə olan halda dost və müttəfiq ölkələrin
informasiya resurslarının
birgə fəaliyyət
göstərməsi də
günün aktual məsələsidir. Əgər
20-30 il bundan
əvvəl informasiya,
sadəcə, məlumat
əldə etmək və onu ötürmək,
məlumat mübadiləsi
funksiyasını yerinə
yetirirdisə, bu gün dünyada informasiya müharibəsi gedir. Bütün müharibələrin ən təhlükəlisi
məhz informasiya müharibəsidir.
Yeni media mövzusuna
toxunan Hikmət Babaoğlu qeyd edib ki, bu
gün informasiya institusionallaşdırılaraq idarəetmə vasitəsinə
çevrilib. Hazırda informasiya həyatımıza
müdaxilə etməklə
həm onun keyfiyyətini müəyyənləşdirir,
həm də insanda yeni bir
sosial kimlik formalaşdırır.
Konfrans işini
panel iclası ilə davam etdirib.
Azərbaycan.- 2019.- 15 oktyabr.- S. 4.