Azərbaycanı ucaldan lider

 

Tarix sübut edir ki, dövlətin inkişafı, yüksəlişi, dünya birliyindəki yerinin müəyyən olunması ona rəhbərlik edən şəxslərdən asılıdır. Bu, keçmişdə belə olub, indi belədir. Hər bir güclü dövlətin timsalında bu amil özünü daim göstərib.

Müasir Azərbaycan dövlətinin 1993-cü ildən sonra yazılan tarixi deyilənlərin aydın təsdiqidir. Dahi uzaqgörən dövlət rəhbəri kimi məhz Ulu Öndər Heydər Əliyevin başlatdığı bu gün adı dünyanın ən nüfuzlu liderləri ilə bir sırada çəkilən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib.

16 ilin nailiyyətləri sübut edir ki, Ulu Öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Bu dövr ərzində Azərbaycanın sürətli inkişafı, enerji sahəsi ilə yanaşı qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi, Azərbaycanın milli mənafeyinə cavab verən müstəqil xarici siyasətin yürüdülməsi Prezident İlham Əliyevin vahid siyasi platformaya söykənən, çoxşaxəli genişmiqyaslı strateji xəttinin prioritet istiqamətləri olmaqla qazanılan uğurların göstəricisidir.

Bəli, 16 ildə Azərbaycanın bütün bölgələri tarazlı şəkildə inkişaf etmiş, şəhər kəndləri, qəsəbələri intibah dövrünə qədəm qoymuşdur. Respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq meydanına çevrilmişdir. Ölkəmizdə həyata keçirilən sosial infrastruktur layihələri insanların firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. İqtisadi uğurları isə hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Yaşayış binaları, evlər, məktəb xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir, körpülər salınır, park xiyabanlarda, memarlıq binalarında yenidənqurma işləri aparılır. Azərbaycanın siması büsbütün, tanınmaz dərəcədə dəyişib. Bunu ölkəmizə gələn qonaqlar da səmimiyyətlə etiraf edirlər. Qazandığımız bütün bu uğurlar Heydər Əliyevin siyasətinin ideyalarının davam etdirilməsinin yeni dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilməsinin nəticəsidir. Bu mənada Azərbaycanın keçdiyi böyük inkişaf yolu göstərir ki, Heydər Əliyev siyasəti, ideyaları yaşayır, müstəqil dövlətimizin yüksəlişinə xidmət edir.

Qazanılan nailiyyətlər sırasında diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın bölgələrinin inkişaf etməsidir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonların iqtisadiyyatı daha da möhkəmlənib, əhalinin yaşayış səviyyəsi yaxşılaşıb. Bölgələrdə geniş abadlıq quruculuq işləri aparılıb. Bu sırada Milli Məclisdə təmsil etdiyim Ağdaş rayonunda görülən işlər təqdirəlayiqdir. Ötən illərdə Ağdaş rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb bu işlər hazırda yüksək əzmlə davam etdirilir. Ölkənin hər yerində yaşanan yüksəliş Ağdaşın simasında aydın müşahidə olunur.

Onu da qeyd edim ki, dövlətin inkişaf səviyyəsini, nüfuzunu, dünyada qazandığı etimadı digər bu kimi əsas xüsusiyyətlərini xarakterizə edən əsas cəhətlərdən biri onun yeritdiyi siyasətin məzmun mahiyyətidir. Təbii ki, hər ölkə dünya birliyinin bir subyekti olaraq hər şeydən öncə özünün milli maraqlarına cavab verən müstəqil siyasət həyata keçirmək istəyir. Bu mənada Prezident İlham Əliyev lider qətiyyəti ilə tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə inkişafına hesablanmış siyasət yeridir. Dövlət başçısının düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanın müttəfiqlərinin dostlarının sayını artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib. Bu gün regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm bölgədəki əməkdaşlığın inkişafına xidmət edir.

Bəli, uğurla reallaşan bu siyasətin nəticəsi olaraq dünya birliyi Azərbaycana böyük hörmət rəğbətlə yanaşmaqla yanaşı, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri daha yaxından öyrənir. Çünki bu siyasət bütün dünyada Ermənistanın işğalçı siyasətini sürətlə ifşa edir, erməni yalanlarının yayılmasının qarşısını kəsir. Bunu "ValdayBeynəlxalq Diskussiya Klubunun MDB Dövlət Başçıları Şurasının iclasları da təsdiq etdi. Rusiyanın Soçi şəhərində keçirilən "ValdayBeynəlxalq Diskussiya Klubunun plenar iclası, eləcə Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası göstərdi ki, Prezident İlham Əliyev Azərbaycanın maraqlarını qətiyyətlə, uzaqgörənliklə qoruyur. Bu iclasların hər biri Ermənistanın onun rəhbərliyinin küncə sıxışdırılması ilə nəticələndi. Cənab İlham Əliyev yüksək diplomatik peşəkarlıqla beynəlxalq ictimaiyyət qarşısında Ermənistanın işğalçılıq siyasətini faşist ideologiyasını ifşa etdi. Təsadüfi deyil ki, bu hadisələr Ermənistanın özündə siyasi-diplomatik məğlubiyyət kimi dəyərləndirilir.

Bütövlükdə Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər, onun sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi ölkəmizin keçdiyi möhtəşəm inkişaf yolunun ayrı-ayrı nümunələridir. Bu inkişaf təsdiq edir ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.

 

Cavid OSMANOV,

 

Milli Məclisin deputatı,

 

YAP Ağdaş rayon təşkilatının sədri

 

Azərbaycan.- 2019.- 15 oktyabr.- S. 7.