Əlil
arabasında rəqs və səma cəngavəri...
Müasir dünyada vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş sosial siyasətin istiqamətlərindən biri əlilliyi olan insanlara qayğı göstərilməsi, onların potensiallarının, bacarıq və qabiliyyətlərinin dəstəklənməsi, "məhdudiyyətli”lərin "sərhədsiz” imkanlarının, istedadlılarının tanıdılmasından ibarətdir.
Azərbaycan dövləti bu sahəni daim diqqət mərkəzində saxlamağı vacib hesab edir, əlilliyi olan şəxslərə onların istedadlarının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Onların fəallıqlarını təmin etməklə, digərləri ilə yanaşı addımlamalarına, hər yerdə "biz də varıq” sözlərini uca səslə söyləmələrinə dəstək verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olanların asudə vaxtlarının dəyərləndirilməsi istiqamətində də mühüm layihələr həyata keçirir.
Belə gənclərdən biri
də Vüsalə Akif qızı Kərimovadır.
O, 1987-ci ildə
Bakıda anadan olub. Hərəkət məhdidiyyətinin heç
nəyə mane ola bilməyəcəyini
öz timsalında görən Vüsalə xanım Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdindəki
Əlil İdmançıları
Dəstəkləmə Cəmiyyətinin
sədridir. 2012-ci ildə Belarusun paytaxtı Minskdə keçirilən təkərli
arabalarla idman rəqsləri üzrə
dünya çempionatında
bürünc medala layiq görülüb.
Vüsalə Kərimovanın daha bir uğurlu çıxışı isə
Rusiyanın Sankt-Peterburq
şəhərində keçirilən
Qitələr Kubokunda
yadda qalıb. Tərəf-müqabili Tamerlan Qədirovla Latın Amerikası rəqslərinin ikinci kateqoriyası üzrə
3-cü yerin qalibi kimi alqışlanıblar.
Bir ildən sonra bu cütlük həmin proqram üzrə 1-ci yerin qalibi kimi qızıl
medalın sahibi olub. Vüsalə ilə Tamerlanın
qalib olduğu beynəlxalq turnir və yarışmaların
sayı ildən-ilə
yox, bəzən aydan-aya da artıb.
Rusiya, Polşa, İtaliya, Tayvan... kimi dünyanın məşhur ölkələrində
bu kateqoriyalar üzrə keçirilən
yarışlarda qalib olduqca Vüsalə Kərimovanın həyata
baxışı da dəyişib, əhvali-ruhiyyəsi
də yüksəlib.
Vüsalə yalnız rəqslə məşğul olmur. İndi onu
qılıncoynatma yarışlarında
da görmək olar. Vüsalə Kərimova qılıncoynatma
üzrə Azərbaycan
çempionatının gümüş
medal mükafatçısıdır.
Azərbaycanda ilk əlil qadın
paraşütçü olan
Vüsalə müxtəlif
illərdə 3 dəfə
Moskva və Minsk səmalarında keçirilən
xüsusi yarışlarda
4 min metr yüksəklikdən
tullanaraq şəhadətnamə
ilə təltif edilib.
Vüsalə Kərimovanın daha yüksək mükafatı
idmandakı bütün
uğurlarına, Paralimpiya
hərəkatının inkişafına
verdiyi töhfələrə
görə 2016-cı ildə
Prezident İlham Əliyevin sərəncamı
ilə layiq görüldüyü "Tərəqqi”
medalıdır.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 15 oktyabr.- S. 10.