“Ssenari
nədir, necə yazılmalıdır”
Sumqayıt Şəhər Gənclər və İdman Bas İdarəsi, Gənclər Klubunun təşkilatçılığı ilə Gənclər Evində rejissor-ssenarist Özal Abbasov tərəfindən "Ssenari nədir, necə yazılmalıdır” movzusunda təlim keçirilib.
Məqsəd gənclərin bu sahədə biliklərə yiyələnmələri, qabiliyyət və istedadları olanların aşkara çıxarılması, öz bacarıqlarını nümayiş etdirə bilmələri üçün şərait yaradılması, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi olub.
Təlimçi ssenarinin yazılması qaydaları, süjet xətti, müxtəlif janrlar üzrə filmin ssenarisinin tərtibatı barədə biliklərini iştirakçılarla bölüşüb.
Gənclərin yaradıcılıq
potensialına dəstək olan belə
layihələrin vacibliyi tədbirdə xüsusi vurğulanıb.
Azərbaycan.- 2019.- 15 oktyabr.- S. 10.