Yaponiyanın Baş Naziri Zati-aliləri cənab Şinzo Abeyə

 

Hörmətli cənab Baş Nazir,

Ölkənizdə baş vermiş "Hagibis” tufanı nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 oktyabr 2019-cu il.

 

Azərbaycan.- 2019.- 16 oktyabr.- S. 1.