Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun Azərbaycana səfəri başa çatıb

 

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun Azərbaycan Respublikasına səfəri oktyabrın 15-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Sooronbay Jeenbekovu hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

Azərbaycan.- 2019.- 16 oktyabr.-  S. 5.