Macarıstanın
Baş Naziri Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Macarıstanın Baş Naziri Viktor Orbanın Azərbaycan Respublikasına səfəri oktyabrın 15-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş Nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş Nazir
Viktor Orbanı hava
limanında Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər
yola saldılar.
Azərbaycan.- 2019.- 16 oktyabr.- S. 5.