Azərbaycanın və Özbəkistanın Təhlükəsizlik şuraları katiblərinin görüşü olub

 

Oktyabrın 14-də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə dövlətlərimizin başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığın ən müxtəlif sahələr üzrə inkişaf etdiyi və əməkdaşlığın genişləndiyi qeyd edilib.

Söhbət zamanı beynəlxalq terrorçuluqtransmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığı, ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki dövlətin müvafiq orqanlarının əməkdaşlığının önəmi vurğulanıb.

 

Azərbaycan.- 2019.- 16 oktyabr.- S. 6.