Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması vacibdir

 

Oktyabrın 15-də ölkəmizdə səfərdə olan Dünya Türk İş Şurasının nümayəndə heyəti Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə türk dünyasının siyasiiqtisadi qüdrətinin gündən-günə artmasından qürur duyduğunu bildirib. O deyib ki, Türkiyədə azərbaycanlı adamları, Azərbaycanda isə türk adamları uğurla fəaliyyət göstərirlər. Artıq Türkiyə və Azərbaycan adamları birlikdə üçüncü dövlətlərdə qurur, taleyüklü məsələlərdə bir-birilərini müdafiə edirlər. Prezident İlham Əliyevin də dediyi kimi, "bir millətin iki diasporu olmazfikri həyatda öz təsdiqini tapmaqdadır. Deputatlar da çalışırlar ki, qanunvericilik sahəsində adamları üçün heç bir problem olmasın, onlar rahatlıqla fəaliyyət göstərə bilsinlər.

Dünya Türk İş Şurasının nümayəndə heyətinin rəhbəri Halim Mete türk dünyasının böyük iqtisadi potensiala malik olduğunu deyib və Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv olunması ikitərəfli əməkdaşlığın daha da inkişafına böyük töhfədir.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatları Vahid Əhmədov, Əli Məsimli, Şəmsəddin Hacıyev, Aydın Hüseynov, Tahir Mirkişili, Rüfət Quliyev, Mahir Abbaszadə və digər şəxslər iştirak ediblər.

 

Azərbaycan.- 2019.- 16 oktyabr.- S. 7.