Vətəndaşların qəbulu
keçirilib
Energetika
naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə
vətəndaşları qəbul edib. Qəbulda Bakı şəhəri
və Ucar rayonundan olan sakinlər iştirak edib.
Energetika
Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar
elektrik enerjisi təminatı, enerji təchizatı şəbəkəsinə
qoşulma, neft-qaz istehsalının artırılması,
işlə təmin olunma və digər məsələlərlə
bağlı təklif və müraciətlərini diqqətə
çatdırıblar.
Energetika
naziri vətəndaşlar tərəfindən
qaldırılan məsələlərin hərtərəfli
öyrənilməsi və qanunvericiliyin tələblərinə
uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti
struktur bölmələrinə müvafiq
tapşırıqlar verib.
Qeyd
edək ki, dövlət qurumları tərəfindən vətəndaşlara
lazımi xidmətin göstərilməsi, onların müraciətlərinə
qayğı və həssaslıqla yanaşılması ilə
bağlı Prezident İlham Əliyev tərəfindən
verilmiş tapşırıqlara uyğun olaraq, Energetika
Nazirliyi vətəndaşların qəbulu, onların ərizə
və şikayətlərinə baxılaraq həll
olunması üçün müvafiq tədbirlər
görür və mütəmadi nazirlikdə rəhbər vəzifəli
şəxslərin vətəndaş qəbulunu həyata
keçirir.
Bununla
yanaşı, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin
2019-cu il üzrə şəhər və rayonlarda vətəndaşların
qəbulu qrafikinə uyğun olaraq, Energetika naziri və nazir
müavinlərinin hər ay müxtəlif regionlarda vətəndaş
qəbulu davam edir.
***
Oktyabrın 15-də Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Masallı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri iştirak ediblər.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşların müraciətləri, əsasən, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, məcburi sosial sığorta ödəmələri, vergi nəzarəti tədbirlərinin nəticələri, uçot, vergi orqanlarında işlə təminat və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri
dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə
nazirliyin struktur bölmələrinə
müvafiq tapşırıqlar verilib.
Azərbaycan.- 2019.- 16 oktyabr.- S. 8.