Proqnozlar üstələnir
9 ayın
yekunları sosial-iqtisadi inkişafın
dinamikliyindən xəbər verir
"Biz Azərbaycanı müasir,
sürətlə inkişaf edən, şəffaflığı
öz siyasətində bayraq
edən ölkə kimi görmək istəyirik
və buna nail
olacağıq. Heç kim
bu işdə bizə mane
ola bilməz”.
İlham ƏLİYEV
Sanki gəlişini bu yaxınlarda qeyd etdiyimiz 2019-cu il artıq sona çatır. Deməli, bütün səviyyələrdə ilin arxada qalan 9 ayı ərzində görülmüş işlərə, əldə olunan yekunlara, eləcə də buraxılan səhvlərə, proqnozların doğrulmasına mane olan nöqsanlara nəzər salmaq, hesabat vermək və nəticə çıxarmaq mümkündür. 3 rübün yekunlarının bir üstün cəhəti də ondan ibarətdir ki, bu dövr ərzindəki mövcud reallığa söykənib ilin necə başa vurulacağı haqqında əsasən real proqnoz söyləmək mümkündür.
Bu baxımdan həm oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə səslənən fakt və göstəricilərə, həm də Dövlət Statistika Komitəsinin ilin 9 ayı üzrə açıqladığı rəqəmlərə əsaslanıb demək olar ki, Azərbaycanın yeni tarixində mühüm dövr kimi yadda qalacaq 2019-cu il də ölkəmiz və xalqımız üçün uğurlu olacaq.
9 ayda 58,4 milyard manatlıqdan
çox ÜDM istehsal
edilib
Cari ilin yanvar-sentyabr aylarında ölkədə
58 milyard 464,2 milyon manatlıq və ya əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz
çox ümumi daxili məhsul istehsal edilmişdir. İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5, neft-qaz sektorunda
isə 1,1 faiz artmışdır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
bu dövrdə tikinti sektoru istisna olmaqla iqtisadiyyatın bütün
sahələrində istehsalın
artımı müşahidə
edilmişdir. İnformasiya və rabitədə əlavə dəyər
16,4, kənd təsərrüfatı, meşə
təsərrüfatı və
balıqçılıqda 7,1, turistlərin yerləşdirilməsi
və ictimai iaşədə 4,9, ticarət;
nəqliyyat vasitələrinin
təmirində 3, sənayedə
2,5, nəqliyyat və
anbar təsərrüfatında
1,3, digər xidmət
sahələrində 2,2 faiz
artmış, tikintidə
isə 5,6 faiz azalmışdır.
Əhalinin hər nəfərinə
düşən ÜDM 5910,1
manata bərabər olmuşdur.
İqtisadi sektorda orta aylıq əməkhaqqı
8,9 faiz artıb
Cari il sentyabrın 1-i vəziyyətinə ölkə
iqtisadiyyatında muzdla
çalışan işçilərin
sayı ötən ilin eyni dövrü
ilə müqayisədə
4,6 faiz artaraq
1 milyon 611,1 min nəfər
olmuşdur. Onlardan 899
min nəfəri iqtisadiyyatın
dövlət, 712,1 min nəfəri qeyri-dövlət
sektorlarında fəaliyyət
göstərmişdir.
Dövlət Statistika Komitəsinin
məlumatına görə,
muzdla işləyənlərin
20,4 faizi təhsil, 18 faizi ticarət; nəqliyyat vasitələrinin
təmiri, 13,3 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə
və sosial xidmətlərin göstərilməsi,
7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı,
3,4 faizi peşə, elmi və texniki
fəaliyyət, 3,3 faizi
kənd və meşə təsərrüfatları,
eləcə də balıqçılıq, 1,7 faizi
maliyyə və sığorta fəaliyyəti,
12,6 faizi digər sahələrdə məşğul
olmuşlar.
Məlumatda daha sonra bildirilir ki, yanvar-avqust aylarında ölkə iqtisadiyyatında
muzdla çalışan
işçilərin orta
aylıq nominal əməkhaqqı
əvvəlki ilin müvafiq dövrünə
nisbətən 8,9 faiz artaraq 589,3 manata çatmışdır.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə,
elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı,
eləcə də tikinti sahələrində
orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Sənayenin qeyri neft-qaz sektorunda 15,6 faiz artım var
Dövlət Statistika Komitəsinin
yaydığı məlumata
əsasən, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə 34,7 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz
çox sənaye məhsulları istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,6 faiz artmışdır.
Sənaye
məhsullarının 69,9 faizi
mədənçıxarma, 25,2 faizi emal, 4,2 faizi elektrik enerjisi, qaz və
buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı,
tullantıların təmizlənməsi
və emalı sektorlarında istehsal olunmuşdur. Mədənçıxarma
sektorunda neft hasilatı 2,8 faiz azalmış, əmtəəlik qaz hasilatı 29,3 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların
istehsalı 99, tütün
məmulatlarının istehsalı
78,5, hazır metal məmulatlarının
istehsalı 78,1, kompüter,
elektron və optik məhsulların istehsalı 77,2, içki istehsalı 40,4, toxuculuq sənayesi məhsullarının
istehsalı 39,2, mebel istehsalı 29,5, maşın
və avadanlıqların
quraşdırılması və təmiri işləri 28,2, rezin və plastik kütlə məmulatlarının
istehsalı 26,1, kağız
və karton istehsalı 25, kimya sənayesi məhsullarının
istehsalı 20,6, qida məhsullarının istehsalı
15,1, əczaçılıq məhsullarının istehsalı
12,6, poliqrafiya məhsullarının
istehsalı 11,8, geyim istehsalı 10,6, tikinti materiallarının istehsalı
4,2, maşın və
avadanlıqların istehsalı
1,8 faiz artmışdır.
Artım, həmçinin
elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi
və təchizatı,
eləcə də su təchizatı, tullantıların təmizlənməsi
və emalı sektorunda qeydə alınmışdır - müvafiq
olaraq 2,5 və 7,4 faiz.
İnflyasiyanın səviyyəsi 2,6
faiz olub
9 ay ərzində istehlak məhsullarının və
xidmətlərin qiymətləri
2018-ci ilin müvafiq dövrünə nisbətən
2,6, o cümlədən
ərzaq məhsulları,
içkilər və
tütün məmulatlarının
qiymətləri 3,5, qeyri-ərzaq
mallarının qiymətləri
1,3, əhaliyə göstərilən
ödənişli xidmətlərin
qiymətləri 2,4 faiz
bahalaşmışdır.
Dövlət Statistika Komitəsi
xəbər verir ki, cari ilin
sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və
xidmətlərin qiymətləri
0,3, o cümlədən
ərzaq məhsulları,
içkilər və
tütün məmulatlarının
qiymətləri 0,7, qeyri-ərzaq
mallarının qiymətləri
0,1 faiz bahalaşmış,
əhaliyə göstərilən
ödənişli xidmətlərin
qiymətləri isə
sabit qalmışdır.
Ay ərzində düyünün,
unun, manna və qarabaşaq yarmasının,
makaron məmulatlarının,
mal, qoyun və toyuq ətinin, təzə balığın,
pasterizə olunmamış
üzlü südün,
qatılaşdırılmış şəkərli südün,
brınza və tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, portağalın, bananın,
qozun, fındığın,
şabalıdın, xiyarın,
pomidorun, bibərin, badımcanın, göy lobyanın, yerkökünün,
sarımsağın, kartofun,
şəkərin, qəhvənin,
kakao tozunun, dondurmanın, kola içkisinin,
limonadın, pivənin
qiymətlərində bahalaşma,
suda bişmiş kolbasanın, yoqurtun, xamanın, kərə, zeytun və qarğıdalı yağlarının,
limonun, naringinin, almanın, armudun, narın, üzümün,
kivinin, kələmin,
balqabağın, çuğundurun,
soğanın, quru noxudun, mərcinin, şəkər tozunun, arağın və energetik içkilərin qiymətlərində ucuzlaşma
müşahidə olunmuşdur.
Digər
ərzaq məhsullarının
qiymətlərində ciddi
dəyişikliklər baş
verməmişdir.
Cari ilin sentyabr ayında
avqust ayına nisbətən qeyri-ərzaq
mallarından mebel və ev əşyalarının,
velosipedlərin, televizorların,
kondisionerlərin, boyaların,
kərpicin, parketin, kəsilmiş taxtanın qiymətlərində bahalaşma,
divar kağızlarının,
sementin, soyuducuların,
toz şəklində
sintetik yuyucu vasitələrin, mobil telefonların, planşet tipli kompüterlərin qiymətlərində isə
ucuzlaşma qeydə alınmış, digər
qeyri-ərzaq mallarının
qiymətlərində isə
ciddi dəyişikliklər
olmamışdır.
Əhalinin gəlirlərinin artımı
ticarət dövriyyəsinə
təsirsiz ötüşmür
Yanvar-sentyabr aylarında pərakəndə
ticarət şəbəkəsində
satılmış məhsulların
dəyəri əvvəlki
ilin eyni dövrünün səviyyəsini
müqayisəli qiymətlərlə
3 faiz üstələyərək
27,6 milyard manata bərabər olmuşdur.
Ticarət dövriyyəsinin 13 milyard 947,1 milyon
manatını ərzaq
məhsulları, içkilər
və tütün məmulatları, 13 milyard
630,3 milyon manatını
qeyri-ərzaq məhsulları
təşkil etmişdir.
Satılmış məhsulların
dəyəri 2018-ci ilin
yanvar-sentyabr aylarına
nisbətən real ifadədə
müvafiq olaraq 2,6 və 3,3 faiz
artmışdır.
Hesabat dövründə alıcıların
son istehlak məqsədilə
aldıqları mallara
xərclədiyi vəsaitin
45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi
içkilər və
tütün məmulatlarının,
18,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların,
6,2 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının,
1,3 faizi əczaçılıq
və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya
avadanlıqları və
çap məhsullarının,
17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına
sərf olunmuşdur.
Yanvar-sentyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,9 faizi ticarət müəssisələri, 49,7 faizi fərdi sahibkarlar tərəfindən, 29,4 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,9, fərdi sahibkarlar üzrə 0,6 faiz artmış, bazar və yarmarkalarda isə 6,3 faiz azalmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,8 manat (2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox) olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 156,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 153,1 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 1; 6.