Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin fəaliyyətini təkmilləşdirmək
məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin
İdarə Edilməsi
Agentliyi yaradılsın.
2. "Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin
İdarə Edilməsi
Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. "Azərbaycan Respublikasında
bir sıra dövlət orqanlarının
strukturunun optimallaşdırılması
və idarə edilməsinin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının 1-ci hissəsi
ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin
İdarə Edilməsi
Agentliyi vasitəsilə
həyata keçirilsin.
4. "Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
tədbirləri haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 2, maddə 61, ¹ 7, maddə
533, ¹ 10, maddə 780, ¹ 12, maddə
983; 2010, ¹ 2, maddələr 77, 80; 2011, ¹ 2,
maddə 85; 2015, ¹ 2, maddə
108, ¹ 9, maddə 988; 2016, ¹ 9, maddə 1479; 2017, ¹ 5, maddə
771, ¹ 6, maddə 1081; 2018, ¹ 1, maddə 47, ¹ 3, maddə
450, ¹ 5, maddə 912, ¹ 12 (I kitab),
maddələr 2556, 2572; 2019, ¹ 3, maddə 409, ¹ 5, maddə
834) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 7-ci hissə ləğv edilsin;
4.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə I - "Azərbaycan
Respublikası Maliyyə
Nazirliyinin strukturu”nun
3-cü hissəsində "Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi” sözləri
"Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin
İdarə Edilməsi
Agentliyi” sözləri
ilə əvəz edilsin;
4.3. həmin Fərmanla
təsdiq edilmiş Əlavə II - "Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi haqqında Əsasnamə” üzrə:
4.3.1. 1-ci
hissəyə, 7.6-cı, 7.11-ci, 8.2-ci,
8.53-cü, 8.67-ci və 18.5-ci bəndlərə "borcunun”
sözündən sonra
"və maliyyə öhdəliklərinin” sözləri
əlavə edilsin;
4.3.2.
8.30-cu bənd aşağıdakı
redaksiyada verilsin:
"8.30.
"Dövlət borcu
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq, dövlət borcalmalarının
həyata keçirilməsini,
dövlət zəmanətlərinin
verilməsini təmin
etmək və dövlət borclarının
ödənilməsi sahəsində
müvafiq tədbirlər
həyata keçirmək,
habelə Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin
İdarə Edilməsi
Agentliyi vasitəsilə
dövlət borcunu və maliyyə öhdəliklərini idarə
etmək;”;
4.3.3. aşağıdakı məzmunda 8.31-2-ci və
8.31-3-cü bəndlər əlavə
edilsin:
"8.31-2.
Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə
Edilməsi Agentliyi vasitəsilə dövlət
borcuna və dövlət zəmanəti
üzrə yaranmış
borca xidmət göstərmək;
8.31-3. ölkə iqtisadiyyatında
maliyyə və iqtisadi tarazlığın
pozulması təhlükəsi
yarandıqda dövlət
vəsaiti hesabına ölkənin maliyyə-bank
və ödəniş
sistemində mühüm
rolu olan maliyyə və bank təşkilatlarına, habelə
strateji əhəmiyyətli
qeyri-maliyyə təsərrüfat
subyektlərinə, Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə
Edilməsi Agentliyi vasitəsilə müddətli
likvidlik (onlarda müddətli depozitlər
yerləşdirmək və
ya buraxdığı
müddətli borc kağızları almaq) təqdim etmək;”;
4.3.4.
8.33-cü bəndə "aparılmasını,” sözündən
sonra "Dövlət
borcu və zəmanəti üzrə
öhdəliklərin Təminat
Fondu”nun vəsaitinin və” sözləri əlavə edilsin, habelə həmin bənddə "Nazirliyin
Dövlət Borcunun İdarə Edilməsi Agentliyi” sözləri
"Nazirlik yanında
Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə
Edilməsi Agentliyi” sözləri ilə əvəz edilsin;
4.3.5. aşağıdakı məzmunda 8.34-1-ci bənd
əlavə edilsin:
"8.34-1.
Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə
Edilməsi Agentliyi vasitəsilə xüsusi maliyyələşmə prinsipləri,
o cümlədən dövlət-özəl
tərəfdaşlığı əsasında həyata keçirilməsi təklif
edilən layihələr
və təşəbbüslər
üzrə dövlətin
maliyyə öhdəliklərini
hesablamaq, riskləri və onların bölgüsünü qiymətləndirmək,
maliyyə təminatına
dair rəy vermək və rəylə razılaşmayan
tərəflərə onların
yuxarı icra hakimiyyəti orqanına müraciət etmə imkanı barədə hüquqlarını izah etmək;”;
4.3.6.
10-cu hissə aşağıdakı
redaksiyada verilsin:
"10. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar
və strukturuna daxil olmayan tabeliyindəki
qurumlar (hüquqi şəxslər, təşkilatlar
və sair), habelə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir;
4.3.7.
11-ci və 26-cı hissələr
ləğv edilsin;
4.3.8.
18.2-ci bənd aşağıdakı
redaksiyada verilsin:
"18.2.
müəyyən edilmiş
struktur, əməkhaqqı
fondu və işçilərin say həddi
daxilində Nazirliyin Aparatının, yerli və digər qurumlarının strukturunu,
ştat cədvəlini
və ayrılmış
büdcə təxsisatı
daxilində onların
xərclər smetasını
təsdiq edir;”;
4.3.9. 18.7-ci bəndə "tabeliyində olan digər qurumların” sözlərindən sonra
"(Azərbaycan Respublikası
Prezidentinin vəzifəyə
təyin və vəzifədən azad etdiyi şəxslər istisna olmaqla)” sözləri əlavə
edilsin.
5. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 3
may tarixli 1361 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 5, maddə
765, ¹ 9, maddə 1650, ¹ 10, maddə
1789, ¹ 12 (I kitab), maddələr
2314, 2321; 2018, ¹ 1, maddə 54, ¹ 2, maddələr 200, 219, ¹ 3, maddələr
416, 430, 448, ¹ 5, maddələr 916, 919, ¹ 6,
maddə 1243, ¹ 9, maddələr
1828, 1840, ¹ 11, maddələr 2274, 2289, ¹ 12
(I kitab), maddələr
2540, 2587, 2601; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 216, ¹ 3, maddə
431, ¹ 4, maddə 620, ¹ 5, maddələr
819, 824, 835, 866, ¹ 7, maddə 1221, ¹ 8, maddə 1388) ilə təsdiq edilmiş
"Rayon (şəhər) məhkəmələrinin baxdığı
inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nın 39-1-ci hissəsində "Nazirliyin
Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin” sözləri
"Nazirlik yanında
Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə
Edilməsi Agentliyinin”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 oktyabr 2019-cu il
Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 3.