27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirmə kursları davam edir

 

Oktyabrın 16-da 27 saylı Sabunçu ikinci dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar davam edir.

AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Nadir Əjdərov dairə üzrə 39 seçki məntəqəsinin olduğunu deyib. Bildirib ki, seçki dairəsi üzrə seçicilərin sayı 51 min 605 nəfərdir. Seçki dairəsi üzrə bütün seçki məntəqələri tam təmirlidir. Məntəqələrdə veb-kameralar quraşdırılacaq.

Kursların ikinci günündə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Şəhəddin Əliyev, MSK-nın baş katibliyinin böyük məsləhətçisi Ülviyyə Yusifova, Sabunçu rayon prokurorunun böyük köməkçisi Səbuhi Əsədli çıxış edərək seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqata şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması mövzusunda məruzə ediblər.

Mərkəzi Seçki Komissiyasının üzvü Ş.Əliyev "Seçki prosesində KİV-lərin rolu, yerlixarici müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda məruzə ilə çıxış edib.

Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.

 

Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 4.