Tərtərdə
"Müstəqilliyimiz əbədidir" şüarı
ilə keçirilən yürüşdə altı minə
yaxın gənc iştirak edib
Tərtər
rayonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının
28-ci ildönümü münasibətilə "Müstəqilliyimiz
əbədidir" şüarı altında yürüş
keçirilib.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon
İcra Hakimiyyətinin və gənclər və idman idarəsinin
birgə təşkilatçılığı ilə
keçirilən yürüşdə altı minə
yaxın gənc iştirak edib. Tərtər şəhərindəki
Bayraq Meydanından işğaldan azad edilmiş Şıxarx qəsəbəsindəki
"Marağa–150” abidəsinin qarşısınadək davam
edən yürüşdə əllərində Azərbaycan
Respublikasının Dövlət bayraqlarını tutmuş gənclər
"Müstəqilliyimiz əbədidir", "Qarabağ Azərbaycandır"
şüarları səsləndiriblər.
Aksiya
gənclərin hazırladığı fləşmobla
başa çatıb.
Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 5.