Prezident həmsədrləri qəbul
etdi
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 17-də ATƏT-in Minsk
qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri
İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi
nümayəndəsi Anji Kaspşiki qəbul edib.
AZƏRTAC xəbər verir ki,
görüşdə Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı
danışıqların hazırkı vəziyyəti və
perspektivləri müzakirə edilib.
Azərbaycan.-2019.-
18 oktyabr.- S. 1.