Prezident yeni prioritetləri
elan etdi
İlham ƏLİYEV: "Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq
və islahatları davam etdirməkdir”
İlham Əliyevin idarəçiliyində
diqqətçəkən əsas
məqamlardan biri görülən işlər,
qazanılan nailiyyətlər,
perspektivdə atılacaq
addımlar, habelə nöqsanlarla bağlı ictimaiyyətin mütəmadi
olaraq məlumatlandırılmasıdır.
Çünki belə hesabatlar geridə qalan müəyyən dövrlər
üzrə əldə
edilmiş iqtisadi və sosial nəticələrin qiymətləndirilməsi,
bu barədə əhaliyə obyektiv məlumatların çatdırılması,
o cümlədən problemlər
ətrafında müzakirələrin
aparılması və
onların həlli yollarının müəyyən
edilməsi baxımından
ən səmərəli
vasitədir.
Dünya miqyasında rekord
göstərici
Dövlət başçısının yanında
keçirilən iqtisadi
müşavirələr bu
baxımdan xüsusi əhəmiyyətə malikdir
və təsadüfi deyil ki, daim
ictimaiyyətin dərin
marağına səbəb
olur. Oktyabrın 15-də keçirilən növbəti iqtisadi müşavirə də yeni müzakirələrə
yol açan aktual məsələlərlə
yadda qaldı. "Əsas vəzifəmiz
iqtisadi inkişafı
şərtləndirən islahatları
dərinləşdirməkdir” deyən Prezident İlham Əliyev ölkənin bundan sonra da inkişaf
yolu ilə gedəcəyini bəyan etdi.
Ümumiyyətlə, cari ilin ötən
dövrünün yekunları
Azərbaycanda iqtisadi inkişafla bağlı elan olunan prioritetlərin
reallaşaraq həyata
vəsiqə aldığını
göstərir. Bunu şərtləndirən əsas amil ölkə iqtisadiyyatının
bütün sahələrində,
əsasən də qeyri-neft sektorunda artımın baş verməsidir. Elə bu
məqam da Azərbaycanda iqtisadi inkişafın hər hansı bir sahə üzrə köklənməyərək kompleks
xarakter daşıdığını
yenidən bariz şəkildə təsdiq
edir. Daha bir mühüm
cəhət isə ondan ibarətdir ki, 9 aylıq yekun ölkə rəhbərliyinin qeyri-neft
sektorunun inkişafı
sahəsində həyata
keçirdiyi siyasətin
özünü doğrultduğunu
konkret faktlar əsasında təsdiqləyir.
Belə ki, hesabat dövrü
ərzində iqtisadiyyatın
qeyri-neft sahəsinin inkişafında yeni artım var. O cümlədən
qeyri-neft sənayesi də artım nümayiş etdirir.
İqtisadi məsələlərə
həsr olunmuş iclasda İlham Əliyev 9 ayın göstəricilərini müsbət
qiymətləndirib, bununla
belə daha yüksək artıma nail
olmaq üçün
kifayət qədər
imkanların olduğunu
bəyan edib: "Doqquz ayın sosial-iqtisadi göstəriciləri
müsbətdir. İqtisadi artım
təmin olunub. Sevindirici hal ondan ibarətdir
ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə
ilə bağlı tədbirlər öz nəticəsini verir.
Əlbəttə, biz istərdik ki,
artım daha da yüksək olsun. Hesab edirəm ki,
buna nail olmaq üçün kifayət
qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik.
Yenə də qeyri-neft sənayesi sahəsində
yüksək göstəricilər
mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki,
qeyri-neft sənayemizin
15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.
Neqativ hallara qarşı mübarizə
gücləndirilir
İclasda Prezidentin qaldırdığı
aktual məsələlərdən
biri də neqativ hallarla bağlı oldu. Vergi hər
bir dövlətin və onun sosial-iqtisadi
sabitliyinin əsas vasitələrindən biridir.
Müasir iqtisadi şərait,
biznes mühiti, xüsusən iqtisadiyyatın
strukturunda baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri digər
vacib məsələlərlə
yanaşı, vergi ödənişlərinin də
tam həyata keçirilməsini
tələb edir.
Çünki vergilərin tam ödənilməsi
ölkənin inkişafı,
insanların sosial rifahının yaxşılaşdırılması,
müdafiə qabiliyyətinin
artırılması kimi
strateji məsələləri
özündə ehtiva
edir.
Təsadüfi deyil ki, vergi
və gömrük orqanları 9 ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu da
hər iki sistemdə aparılan islahatlar və şəffaflıqla bağlı
addımların öz
səmərəsini verdiyini
göstərir. Bu vəsait
öz növbəsində
il ərzində
iki dəfə mühüm sosial qərarların verilməsini,
minimum əməkhaqqının, pensiyaların, dövlət
orqanlarında çalışanların
məvaciblərinin artırılmasını
şərtləndirdi. Amma təəssüf
ki, vergidən yayınma halları qalmaqdadır. "Bu gün də hələ bir çox şirkətlər
vergiləri tam ödəmirlər.
Onların qara mühasibatlığı var”
deyən dövlət
başçısı iclasda
bununla bağlı bütün aidiyyəti qurumlara bir daha
ciddi tapşırıq
verdi. Təbii ki,
hər bir şirkət, sahibkar Prezidentin bu sözlərindən nəticə
çıxarmalı, cinayət
məsuliyyətinə cəlb
edilməməsi üçün
qanuni şəkildə
vergiləri ödəməlidir.
Prezidentin qeyd etdiyi kimi, bu vergilər
hesabına sosial layihələr icra olunur, məcburi köçkünlər mənzillə
təmin edilir, ordumuz gücləndirilir.
Dövlət siyasətinin mərkəzində Azərbaycan
vətəndaşı dayanır
Prezident vergi sistemini misal gətirməklə göstərdi ki, istənilən sahədə
islahat aparmaq və vəziyyəti kökündən dəyişmək
mümkündür. "Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə
inkişaf edən, şəffaflığı öz
siyasətində bayraq
edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq.
Heç kim
bu işdə bizə mane ola bilməz” deyən İlham Əliyev gələn ilin dövlət büdcəsinin
hazırlanması ilə
də bağlı mühüm tapşırıqlar
verdi, qarşıdakı
həftələr ərzində
büdcə parametrləri
ilə əlaqədar
çox fəal iş aparılmasının
vacibliyini bildirdi.
Dövlət başçısı gələn
ilin büdcə layihəsinin hazırlanması
prosesində sərt tələblər də qoydu. Dövlət orqanları büdcə
xərclərinin müəyyən
edilməsi zamanı şişirdilmiş deyil,
real rəqəmlər verməli,
hər bir istiqamət üzrə xərci əsaslandırmalı,
dövlət və ictimai nəzarət gücləndirilməlidir. Prezident şişirdilmiş
rəqəm verənlərin
cəzalandırılacağını bəyan etdi: "O rəqəmləri verənlər
gərək məsuliyyət
daşısınlar. Əgər bu
dəfə bizim dövlət qurumlarımız,
şirkətlərimiz yenə
də şişirdilmiş
rəqəmlər versələr,
artıq özlərini
ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə
baxacaq. Amma onlar əgər
şişirdilmiş rəqəmləri
versələr, öz
cəzalarını alacaqlar.
Ona görə zəhmət çəkib normal işləsinlər
və pis vərdişlərdən əl
çəksinlər”.
Qeyd edək ki, gələn ilin dövlət büdcəsinin ilkin parametrləri, gəlir və xərclərinin həcmi artıq ictimaiyyətə açıqlanıb. Yaxın vaxtlarda dövlət büdcəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Artıq məlum olduğu kimi, 2020-ci ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaq. Xüsusən sosial xərclərin həcmi əhəmiyyətli dərəcədə artırılır. Bu da onu göstərir ki, sosial məsələlər yenə də prioritetdir və həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Gələn ilin dövlət büdcəsi isə istər sosial, istərsə də iqtisadi sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə, həyata keçirilən islahatların vaxtında və səmərəli icra edilməsinə maliyyə təminatı yaradacaq.
Bütövlükdə Prezident İlham Əliyevin yanında oktyabrın 15-də keçirilən iqtisadi müşavirə aktual məsələlərin müzakirəsi və cəmiyyətə verilən mühüm mesajlarla yadda qaldı. Eyni zamanda iclasda da qeyd olunduğu kimi, daha sürətli inkişaf və daha yüksək makroiqtisadi göstəricilərə nail olmaq üçün potensial böyükdür. Bu baxımdan "Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir” deyən Prezident yeni prioritetləri müəyyən etdi, hökumət qarşısında konkret və mühüm vəzifələr müəyyənləşdirdi. Sözsüz ki, bu vəzifələr qarşıdan gələn dövrlərdə yeni və daha yüksək inkişaf göstəricilərinin əldə olunmasını müvəffəqiyyətlə təmin edəcək.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2019.- 18
oktyabr.- S.1;6.