Azərbaycanda yol tikintisi geniş vüsət alıb
Prezident İlham
Əliyev Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev oktyabrın 17-də Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edib.
AZƏRTAC
xəbər verir ki, ölkəmizdə yol tikintisinin geniş vüsət aldığını bildirən
Prezident İlham
ƏLİYEV dedi:
- Yol tikintisi Azərbaycanda
geniş vüsət alıb. Hər il bizdə
min kilometr yeni yol çəkilir. Bu il də
istisna deyil. Şadam ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən
dəfə yolların
keyfiyyətinə görə
biz 34-cü yerdə olmuşuqsa,
bu il
27-ci yerdəyik və
MDB məkanında birinci
yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna
qoyulan sərmayə öz səmərəsini
verir. Yol tikintisi geniş
vüsət alıb və yollar yüksək keyfiyyətlə
tikilir. Belə də davam edin. Azərbaycanın bütün yolları
bundan sonra da ən yüksək
standartlara cavab verməlidir.
Bu ilin investisiya proqramında yolların tikintisi üçün kifayət qədər vəsait ayrılıb. Həm magistral
yolların, şəhərlərarası,
kəndlərarası və
kənd yollarının
çəkilişi üçün.
Magistral yollara gəldikdə, biz əsas qonşularımızla
- üç qonşu
ölkə ilə yollarımızın çəkilişini
demək olar ki, başa çatdırmışıq.
İndi Rusiya sərhədinə qədər yeni yol çəkilir. Bu barədə məlumat
verərsiniz. Eyni zamanda,
Gürcüstan istiqamətinə
- Gəncədən sərhədə
qədər ikizolaqlı
yolu biz dördzolağa
genişləndiririk. Bu
layihə haqqında da məlumat verərsiniz. İran sərhədinə
qədər yolun bir hissəsinin çəkilişi hələ
qalıb, əsas yol çəkilib, məsafə də qısalıb. Bu da çox önəmli
layihədir.
Bu il, eyni
zamanda, şəhərlərarası
yolların çəkilişinə
və kənd yollarının tikintisinə
vəsait nəzərdə
tutulub. O cümlədən
son dəfə mən
sizə tapşırıq
verdim ki, Bakı qəsəbələrinin
yollarına da diqqət yetirilsin. Bakının həm qəsəbələrarası,
həm də qəsəbədaxili yolları
təmir olunmalıdır,
yeni yollar çəkilməlidir. Bəzi yerlərdə
hələ torpaq yollar mövcuddur. Torpaq yollar olmamalıdır.
Qəsəbədaxili yollara asfalt
vurulmalıdır.
İndi isə məruzə edin, bu günə
qədər nə işlər görülüb
və ilin sonuna qədər hansı addımlar atılacaq?
Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin
İdarə Heyətinin
sədri Saleh
MƏMMƏDOV dedi:
- Möhtərəm cənab
Prezident.
Sizin
2019-cu il yanvarın 11-də Nazirlər
Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında qeyd etdiyiniz kimi, bu ilin
investisiya proqramında
yol tikintisi üçün kifayət
qədər vəsait
nəzərdə tutulmuşdur.
Bu vəsait hesabına
2019-cu ildə Azərbaycanda
min kilometrə qədər
yeni avtomobil yollarının salınması,
təmir olunması, körpülər tikilməsi
nəzərdə tutulurdu.
Bu gün mən Sizə məruzə edirəm ki, cari ilin doqquz
ayı ərzində ölkədə artıq
903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib və istismara tam hazırdır.
Prezident
İlham Əliyev: Yəni, ilin sonuna qədər min kilometrə çatdırılacaq.
Saleh Məmmədov: İlin sonuna qədər 1122 kilometr olacaq. Çünki Sizin bölgələrə
səfərləriniz zamanı
orada əhalinin xahişini nəzərə
alaraq, əlavə yolların tikintisinə sərəncamlar vermisiniz.
Biz artıq bu
ilin sonunadək həmin yolların da tikintisini başa çatdıracağıq.
Bu yollardan biri Qaxda səfərdə olduğunuz zaman verdiyiniz tapşırığa
əsasən M-5 magistral
yolundan İlisu kəndinə qədər
uzunluğu 33,5 kilometr olan avtomobil
yolunun tikintisi artıq başa çatıb, yüksək
keyfiyyətlə təhvil
veriləcək.
Prezident
İlham Əliyev: Xınalığa yeni yolun çəkilişi nə yerdədir?
Saleh Məmmədov: Xınalığa
çəkilən 31 kilometrlik
yeni yolun artıq 10 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır.
Bundan əlavə, Xınalığa
gedən yolun başlanğıcı olan,
Quba-Qusar yolundan ayrılan asfalt-beton örtüklü 24 kilometrlik
Alpan-Susay yolu istismara tam hazırdır.
O yol üzərində
iki körpü tikilib və tam hazır vəziyyətdədir.
Prezident
İlham Əliyev: Bir də Qonaqkəndə
yolun çəkilişi
nəzərdə tutulmuşdu.
O kənddən də
müraciətlər daxil
olmuşdu. Mən Sizə uzunluğu
50 kilometrdən çox
olan Qonaqkənd yolunun tikintisini də tapşırmışdım.
Saleh Məmmədov: Bəli, uzunluğu 50,3 kilometrdir.
Prezident
İlham Əliyev: O nə vaxt təhvil
veriləcək?
Saleh Məmmədov: Möhtərəm
cənab Prezident, yolun ikiqat asfalt-beton
örtüklü 40 kilometrlik
hissəsi tam hazırdır.
O yolun üzərində
artıq 7 körpü
tikilmişdir. Sonuncu körpü
Vəlvələçay çayının
üzərində salınıb.
İllər boyu orada körpü olmamışdır.
Çay
daşanda insanlar günlərlə, həftələrlə
gözləməli olurdular.
Bu gün 120 metr
uzunluğunda, 11 metr enində altı aşırımlı körpü
tikilib, istismara tam hazır vəziyyətdədir.
Sizin tapşırığınıza əsasən növbəti
ilin investisiya proqramında vəsait nəzərdə tutulub.
Bu vəsait hesabına
yola aşınma qatı da vurulacaq
və həmin 50,3 kilometrlik yol
istismara tam hazır olacaq.
Prezident
İlham Əliyev: Magistral yollarla bağlı vəziyyət
necədir? Xüsusilə Rusiya sərhədinə
gedən yeni yolun çəkilişi nə yerdədir?
Saleh Məmmədov: Möhtərəm
cənab Prezident, Sizin tövsiyə və tapşırığınıza
əsasən, hələ
2018-ci ildə Bakıdan
Rusiya sərhədinə
qədər yeni bir yolun çəkilişi
qərara alındı.
Biz ilkin layihələndirməyə
uyğun olaraq, Bakı-Rusiya sərhədi
avtomobil yolunun 45-ci kilometrliyindən, yəni,
Zeynalabdin Tağıyev
qəsəbəsinin yaxınlığından
Rusiya sərhədinə
qədər yeni bir yolun çəkilişinə
başladıq. Bu gün yeni yolun
45-ci kilometrdən Giləziyədək
- 75-ci kilometrə qədər
olan hissəsinin asfalt-beton örtüyü
ikiqat olmaqla tikinti işləri yerinə yetirilmişdir.
Həmin
yolun üzərində
bir yol qovşağı
tikilmişdir. Ümumi götürəndə,
Rusiya sərhədindən
isə Bakıya tərəfə olan istiqamətdə 38 kilometr
yol asfaltlanmışdır.
Yol yatağı 92 kilometr hissədə tam tikilmişdir.
Nəzərə alınmışdır ki, 2020-ci ilin sonuna qədər biz bu yolu istismara
təhvil verəcəyik.
Sizin tapşırığınıza əsasən o yolda eyni səviyyədə kəsişən heç
bir yol qovşağı
olmayacaq. Yəni,
beş yerdə
müxtəlif səviyyəli
yol qovşağı olacaq ki, yeni
yolu rayon mərkəzləri
ilə birləşdirsin.
Prezident
İlham Əliyev: Aydındır. Bəs, Gəncə-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi nə
yerdədir?
Saleh Məmmədov: Gəncə-Gürcüstan
yolunun Qırmızı
Körpüyə qədər
olan 131 kilometrlik hissəsində işlər
davam etdirilir. Bu ilin sonunadək
yolun 34 kilometrlik hissəsinə aşınma
qatı da daxil olmaqla asfalt-beton
örtüyü vurulacaq.
Torpaq yatağı üzrə işlərin 72 faizi artıq yerinə yetirilmişdir. Yolun tikintisi altına düşən pay torpaqları
bu məqsəd üçün ayrılmış
vəsaitdən kompensasiya
ödənilməklə alınmışdır.
Heç
bir maneəmiz yoxdur. Bu yolun
başa çatdırılması
2022-ci ilə nəzərdə
tutulub. Amma biz Sizə söz
veririk ki, həmin yolu 2021-ci ilin sonunadək yüksək keyfiyyətlə
təhvil verəcəyik.
Prezident
İlham Əliyev: Bir də ki,
magistral yolların arasında İran sərhədinədək uzanan
yol da bizim
diqqətimizdədir. Hazırda İran
sərhədinə yol
Astara şəhərinin
içərisindən keçir
ki, bu da
narahatlıq yaradır.
Ona görə mən göstəriş vermişəm
ki, Astara rayonunun ərazisindən İran sərhədinə
qədər yeni marşrut üzrə yol çəkilsin. Bu istiqamətdə hansı işlər görülür?
Saleh Məmmədov: Cənab Prezident, 2018-ci ildə Astaraya səfəriniz zamanı əhalinin bu məsələ ilə bağlı müraciətindən sonra
Siz ilkin olaraq 2 milyon manat vəsait ayırdınız. Hazırda İran
sərhədinə qədər
yol çəkilmişdir.
Astara çayı üzərindəki
körpünün tikintisi
məsələsi həll
olunur. Bu ilin noyabrında İranın yol işçiləri ilə
görüş keçiriləcək.
Həmin
görüşdə memoranduma
qol çəkiləcək.
Körpü hazır olan
kimi biz artıq yolu istifadəyə verəcəyik. Beləliklə, o yol Astara şəhərinin
daxilindən çıxarılacaq.
Prezident İlham
Əliyev: Çox yaxşı. Həmçinin
qəsəbədaxili yollara da mütləq fikir vermək
lazımdır. Bu yaxınlarda Kürdəxanı
qəsəbəsinin yolları demək olar
ki, tam həcmdə təmir
olunub. Bu gözəl
nümunə bütün qəsəbələrdə
öz əksini tapmalıdır.
Saleh Məmmədov: Möhtərəm cənab Prezident,
Sizin birbaşa
göstərişiniz və qayğınız nəticəsində
bu il Bakının qəsəbələrində
242 kilometr daxili yollar asfaltlanaraq tam istifadəyə verilib.
İndi həmin qəsəbələrin əhalisi
çox rahat yollardan istifadə edirlər. Bundan əlavə, ilin
sonunadək qəsəbələrdə daha
57 kilometr yolun çəkilişi
başa çatdırılacaq. Yəni, biz Sizin tövsiyənizlə
qəsəbədaxili müasir yolların
uzunluğunu bu il təqribən 300 kilometrə
çatdıracağıq. Buna da Sizin tərəfinizdən
vəsait ayrılmışdır. Biz
çalışırıq ki,
ayrılmış vəsait hesabına həmin yolların
çəkilişini yüksək səviyyədə başa çatdıraq.
Prezident İlham
Əliyev: İndi gələn ilin investisiya
proqramının müzakirəsi gedir.
Əlbəttə ki, yol
çəkilişi dövlət investisiya
proqramında əhəmiyyətli yer
tutacaqdır.
Azərbaycan.-2019.- 18 oktyabr.- S. 1-2.