Azərbaycan Respublikasının şəhər və
rayonlarında çoxmənzilli binaların lift
təsərrüfatının maddi-texniki
bazasının möhkəmləndirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli
927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamına Əlavə - "Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı”nın 2-ci hissəsində "Binaların sayı, ədəd” və "Sayı ədəd” sütunlarında "35” rəqəmləri "40” rəqəmləri ilə, "İstismara yararsız liftlərin sayı, ədəd” sütununda "75” rəqəmləri "83” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 oktyabr 2019-cu il
Azərbaycan.-2019.- 18 oktyabr.- S.1.