Azərbaycanın Müdafiə naziri
ATƏT-in Minsk qrupunun
həmsədrləri ilə görüşüb
Oktyabrın
17-də Azərbaycan Respublikasının Müdafiə naziri,
general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə
olan ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti
(Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi
nümayəndəsi Anji Kaspşik ilə
görüşüb.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qoşunların təmas
xəttində - Ermənistan-Azərbaycan dövlət sərhədində,
xüsusilə cəbhənin Qazax istiqamətində
son vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı danışıqların hazırkı vəziyyəti
və perspektivləri müzakirə edilib.
Azərbaycan.-2019.- 18 oktyabr.- S. 2.