Azərbaycan türkdilli ölkələr arasında əməkdaşlığın
inkişafı üçün müstəsna
əhəmiyyət kəsb edir
Hazırda Azərbaycan beynəlxalq əməkdaşlığın
və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə
yönəlmiş qlobal beynəlxalq layihələrin
yüksək səviyyədə həyata keçirildiyi
əsas ölkələrdən biridir.
Ukraynalı
məşhur yazıçı, Taras Şevçenko adına
Milli mükafatın laureatı Qriqori Hüseynov bu fikirləri
AZƏRTAC-a müsahibəsində oktyabrın 15-də
Bakıda keçirilmiş Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının VII Zirvə
Görüşünün yekunlarını şərh edərək
söyləyib.
Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün keçiriləcəyi məkan kimi məhz Bakının seçilməsi təsadüfi deyil, çünki Azərbaycan türk xalqlarının mədəni irsinin, onların identikliyinin qorunub saxlanması, türk ölkələri arasında mədəni, sosial, iqtisadi və dostluq əlaqələrinin möhkəmlənməsi üçün çox böyük işlər görüb.
Yazıçı deyib:
"Azərbaycan həm də multikulturalizm
və tolerantlıq siyasətini həyata keçirən,
müxtəlif dinlərin və etnosların mədəni və
memarlıq irsini qoruyub
saxlayan nümunəvi dövlətdir”.
Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının VII Zirvə Görüşündə bu təşkilata sədrlik
Qırğızıstandan Azərbaycana keçib.
Qriqori Hüseynovun
sözlərinə görə, Azərbaycanın sədrliyi dövrü həm türk
xalqları, həm də bütün dünya üçün tarixi əhəmiyyət kəsb edən bir sıra mühüm
layihələrlə əlamətdar olacaq.
Tanınmış yazıçı deyib: "Azərbaycan həm regionda,
həm də dünyada böyük
nüfuz sahibidir. O, sülh, mehriban qonşuluq, beynəlxalq hüquq
və tolerantlıq kimi dəyərlərin
bərqərar olması üçün öz imkanlarından istifadə edir. Düşünürəm ki, Azərbaycanda görülən işlər
türk xalqları arasında əməkdaşlığın
inkişafı, qarşılıqlı fəaliyyət üçün yeni platformalar yaradılması baxımından
müstəsna əhəmiyyət kəsb edir”.
Azərbaycan.-2019.- 18 oktyabr.- S.3.