Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə
Heyəti sədrinin analitik məqaləsini
dərc edib
Yüz milyon tirajla yayılan, dünyanın ingilisdilli ən məşhur qəzetlərindən biri olan "China Daily" Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun "Siyasətdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il" sərlövhəli analitik məqaləsini dərc edib.
Məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycanda xaos və anarxiyanın, dərin siyasi-iqtisadi böhranın, vətəndaş qarşıdurmasının, qeyri-sabitlik və ümidsizliyin müşahidə olunduğu bir vaxtda - 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ötən 26 ildə Azərbaycanın keçdiyi inkişaf yolu təhlil edilir. Qeyd olunur ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev ölkənin çətin vaxtında dövlət idarəetməsinin sükanı arxasına keçərək, müdrikliyi və fitri idarəetmə istedadı sayəsində ölkəni dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, ictimai-siyasi sabitlik yaratdı. Azərbaycanın tarixində yeni səhifə açan bu 26 illik dövr, həyatın bütün sahələrində misilsiz inkişafla səciyyəvidir.
Azərbaycanda milli
siyasi doktrinanın varisliyi
barədə geniş təsəvvür yaradan məqalə oxucuları əsası
1993-cü ildə Heydər Əliyev tərəfindən qoyulmuş strateji kursun hazırda Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və bunun real nəticələri haqqında məlumatlandırır.
Məqalədə, həmçinin Prezident İlham
Əliyevin Azərbaycana rəhbərlik etdiyi
16 ildə həyatın bütün sahələrində
baş verən misilsiz
irəliləyişlərdən, köklü
islahatlardan bəhs olunur.
Müəllif Azərbaycanın ictimai-siyasi
sabitlik əmsalına, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə
görə postsovet məkanında lider ölkə olduğunu,
eləcə də ölkəmizin təşəbbüsü
və iştirakı ilə reallaşdırılan transmilli energetika və nəqliyyat
layihələrinin əhəmiyyətini oxucuların diqqətinə
çatdırır. (Məqaləyə keçid:
https://www.chinadaily.com.cn)
Qeyd edək ki,
ümumilikdə, 100 milyondan çox çap və onlayn abunəçisi olan
"China Daily" təkcə
Çində deyil, regionda,
eləcə də dünyada ingilis dilində nəşr edilən ən nüfuzlu qəzetlərdən biridir.
Qəzetin xarici ölkələrdəki
oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da onun qlobal
nəşr olduğunun göstəricisidir.
AZƏRTAC ilə "China Daily" arasında əməkdaşlığa dair anlaşma Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün ötən ilin iyununda Pekinə səfəri çərçivəsində qəzetin rəhbərliyi ilə görüşündə əldə olunub. O vaxtdan bəri AZƏRTAC və "China Daily" Azərbaycan və Çinin ictimai-siyasi, iqtisadi, mədəni həyatında və digər sahələrdə baş verən mühüm yeniliklər barədə mütəmadi informasiya mübadiləsi aparırlar.
Qəzet ilə sıx əməkdaşlığına,
iki ölkə arasında informasiya
mübadiləsindəki fəallığına, qəzetin həyata
keçirdiyi layihələrdə fəal
iştirakına görə AZƏRTAC-a "China
Daily" tərəfindən "Fəxri
beynəlxalq media tərəfdaşı-2019"
mükafatı təqdim olunub.
Azərbaycan.-2019.- 18 oktyabr.- S.7.