Gənclər və İdman Nazirliyində görüş

Oktyabrın 17-də Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Litvanın Druskininkay şəhərinin meri Riçardes Malinauskas ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə hər iki ölkənin idman infrastrukturu, idman qurğularının fəaliyyəti və əhalinin idmana cəlb olunmasında yeni mexanizmlərin işlənilməsi məsələləri müzakirə edilib. Söhbət zamanı şəhərin idman infrastrukturunun inkişafı istiqamətində qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb.

Azərbaycan.-2019.- 18 oktyabr.- S.8.