Azərbaycan Milli Kitabxanası ilə Berlin Universiteti arasında əməkdaşlıq haqqında
Memorandum imzalanıb
Almaniyanın Frankfurt-Mayn şəhərində
keçirilən 71-ci Beynəlxalq
Kitab Sərgi-Yarmarkası
çərçivəsində oktyabrın 17-də Azərbaycan
Milli Kitabxanası ilə Humboldt adına
Berlin Universiteti arasında
əməkdaşlıq haqqında
Memorandum imzalanıb.
Milli Kitabxanadan AZƏRTAC-a bildiriblər
ki, imzalanma mərasimində Azərbaycan
Respublikası Mədəniyyət
nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin bir sıra əməkdaşları
və Humboldt Universitetinin
dosenti Rasim Mirzəyev iştirak ediblər.
Memorandumu Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və Humboldt adına Berlin Universitetinin Azərbaycan tarixi şöbəsinin müdiri professor Eva-Maria Aux imzalayıblar. Üç il müddətinə imzalanan bu sənəd tarixi və mədəni biliklərin gücləndirilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsini, qarşılıqlı kitab, informasiya və elektron resursların, çap məhsullarının rəqəmsal variantlarının mübadiləsini, treninqlərin, elmi konfransların keçirilməsini nəzərdə tutur.
Mədəniyyət nazirinin
birinci müavini Vaqif Əliyev imzalanma mərasimində
çıxış edərək Humboldt
adına Berlin Universitetinin
Azərbaycan tarixi şöbəsinin müdiri professor Eva-Maria Auxa və tədbir
iştirakçılarına minnətdarlığını bildirib. Nazir müavini Humboldt adına Berlin Universitetində Azərbaycan tarixi şöbəsinin fəaliyyətini
yüksək qiymətləndirib və onun
Alman-Azərbaycan dostluq əlaqələrinin
daha da möhkəmlənməsində
mühüm rol
oynayacağına əminliyini ifadə edib.
Sonda Vaqif
Əliyev dövlətçiliyimizə, tariximizə və mədəniyyətimizə
dair nəşrləri professor
Eva-Maria Auxa hədiyyə
edib.
Azərbaycan.-2019.- 18 oktyabr.- S.8.