“Ulu
Öndər Heydər Əliyevin inkişaf
strategiyasının təntənəsi”
Görkəmli şəxsiyyət, Ulu Öndər Heydər Əliyev haqqında yüzlərlə bədii əsərlər, sənədli oçerklər, elmi-publisistik məqalələr, kitablar yazılıb. Bu böyük insanın gördüyü işlərin miqyası o qədər genişdir ki, nə qədər çox yazılsa da, onları tam əhatə etmək mümkün deyil.
Elə bunun nəticəsidir
ki, yazılan kitablar, əsərlər
Ümummilli Liderin titanik fəaliyyətinin müəyyən bir dövrünə, ya da Azərbaycan üçün
gördüyü işlərin müəyyən
istiqamətinə həsr olunur.
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Şahbaz Muradovun da Ulu Öndərin həyatı və ictimai-siyasi fəaliyyətinin əsas istiqamətlərini əks etdirən yeni kitabı dahi şəxsiyyətin bu gün də uğurla davam etdirilən siyasi kursunun 50 illiyinə həsr olunub.
Müəllifin oxuculara təqdim etdiyi "Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019)” adlı kitabda dahi şəxsiyyətin həyat yolu, tükənməz əməyi, Azərbaycanın sosial-iqtisadi tərəqqisindəki xidməti və onun yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətin uğurlu nəticələri yer alıb.
Professor qeyd edir ki, Ümummilli Liderin Azərbaycanda rəhbərliyə gəldiyi hər iki dövr ölkənin ən ağır və böhranlı vəziyyət keçirdiyi illərə təsadüf edir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövr (1969-1982-ci illər) ölkə iqtisadiyyatının bərpası və dinamik inkişaf dövrü, ikinci dövr (1993-2003-cü illər) Azərbaycanın "ölüm, ya olum” dilemmasından xilas edilməsi və onun qurtuluş dövrü kimi tarixin yaddaşına həkk olunub. Heydər Əliyev hər iki halda Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafeyini müdafiə və təmin edən düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə onu düşdüyü ağır vəziyyətdən cıxara bilib: "Müstəqil Azərbaycan dövlətinin Memarı, Yeni Azərbaycanın qurucusu olan və xalqından heç nəyi əsirgəməyən bu böyük sözün əsl mənasında ömrünü öz xalqının yolunda şam kimi əritdi” deyə müəllif qeyd edir.
Kitabda həmçinin, xalqın arzusunu reallığı çevirən Ulu Öndərin Azərbaycana rəhbərlik dövrünün təsnifatı da yer alıb. Qeyd edilir ki, dahi şəxsiyyətin ölkəmizə bilavasitə rəhbərlik etdiyi 23 ilin 13 ili (1969-1982-ci illər) Sovet hakimiyyəti dövrünün, 10 ili (1993-2003-cü illər) isə ölkənin müstəqillik illərinin payına düşür: "Dahi liderin ilk dəfə ölkəmizə rəhbərlik etməyə başladığı vaxtdan keçən 50 ilin 16 ili isə (2003-2019) cənab İlham Əliyevin hazırda ölkəmizə rəhbərlik etdiyi dövrdür. Ümumiyyətlə, bu 50 illik dövrün 22 ili (1969-1991-ci illər) Sovet hakimiyyəti illərinin, 28 ili isə müstəqillik dövrünü əhatə edir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr Azərbaycanda inkişafın yeni mərhələləri - bərpa və dinamik inkişaf mərhələləri, İlham Əliyevin respublikaya rəhbərlik etdiyi dövr isə Azərbaycanda inkişafın keyfiyyətcə yeni mərhələsi kimi tarixə düşüb” deyə müəllif kitabda qeyd edir.
Ümummilli Liderlə
bağlı xatirələrini də qələmə alan müəllif yazır ki,
böyük şəxsiyyətlə dəfələrlə
ünsiyyətdə olması həyatının ən yaddaqalan anlarıdır.
Kitabda müəllifin müxtəlif zamanlarda rəsmi və müstəqil mətbuatda dərc edilən "Türk dünyasının müdrük ağsaqqalı”, "Müstəqilliyimiz və milli mənəviyyatımızın qarantı”, "Heydər Əliyev təcrübəsinə söykənən iqtisadiyyat”, "Azərbaycan Elmlər Akademiyasının inkişafında Heydər Əliyev mərhələsi”, "Böyük mütəfəkkir və Azərbaycan elminin hamisi”, "Heydər Əliyev müstəqilliyimizin banisi və Azərbaycan xalqının əbədiyaşay lideridir” və s. digər müxtəlif sərlövhəli yazıları da çap edilib.
Onu da qeyd edək
ki, Şahbaz Muradovun həm Azərbaycanda, həm də
müxtəlif xarici ölkələrin mətbu
orqanlarında Ulu Öndərin şəxsiyyəti,
apardığı yeganə düzgün
siyasət və quruculuq işləri ilə
bağlı 500-dən artıq monoqrafiya, kitab və məqalələri çap
olunub və geniş
oxucular tərəfindən rəğbətlə
qarşılanıb.
Müəllifin "Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi:
tənəzzüldən tərəqqiyə yüksələn
50 illik çətin yolun
sosial-iqtisadi nəticələri
(1969-2019)” adlı kitabı Ulu Öndərin
siyasi hakimiyyətinin müxtəlif illərində
gördüyü əzəmətli
işlər, bu kursun
layiqli davamçısı Prezident İlham
Əliyevin Azərbaycanın tərəqqisi və
inkişafına yönəlmiş siyasi fəaliyyəti
geniş əks olunub.
R.BAXŞƏLİYEV
Azərbaycan.-2019.- 18 oktyabr.- S.9.