İşıqlı
ölkə
Son illər Azərbaycanda onlarca elektrik stansiyası və yarımstansiyası tikilib, ötürücü
infrastruktur təkmilləşdirilib
Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabatını təqdim edib. Hesabatdan bir daha məlum olur ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır. Bu il oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə həmin hesabatdan bəzi məqamlar göstərilib. Onlardan biri də Azərbaycanın elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünyada ikinci yerdə olmasıdır.
Yaxın keçmişdə ölkəmizin əhalisi
elektrik enerjisi
sarıdan çox korluq
çəkirdi. Keçən əsrin 90-cı illərinin əvvəllərində
insanların kortəbii miqrasiyasının - kəndlərdən
şəhərlərə axınının, eləcə də
digər ölkələrə üz
tutmasının bir səbəbi də
işığın və istiliyin
olmaması idi. Amma heç şəhərlərdə, elə
paytaxtın özündə də sakinlər kifayət qədər
elektrik enerjisi ala bilmirdilər. Bu barədə
Nazirlər Kabinetinin birinci
rübün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident
İlham Əliyev həmin dövrü
xatırladaraq demişdir: "Vaxt var idi
ölkəmizi qaranlıq bürümüşdü.
Vaxt var idi gecə saat 12-də televizor da söndürülürdü
ki, elektrik enerjisinə
sərfiyyat azalsın. Biz xaricdən elektrik enerjisini
alırdıq və özümüzü
güc-bəla ilə təmin edirdik. İndi biz xaricə elektrik enerjisi ixrac edirik. Ölkə
daxilində bütün bu
işlər görülüb”.
Bu günlərdə 9 ayın göstəricilərindən bəhs edən iqtisadi müşavirədə də dövlət başçısı sözügedən sahədə qazanılan nailiyyətləri bir daha qeyd etmişdir: "Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik. Son illərdə bu qədər elektrik stansiyalarının, yarımstansiyaların, ötürücü xətlərin tikilməsi bax bizi dünya miqyasında ikinci yerə gətirib çıxardı”.
Regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramı həyata keçirilməyə başladığı vaxtdan bu sahədə də genişmiqyaslı işlər görülüb. Beləliklə, 15 il ərzində, yəni keçən ilin sonunadək 31 yeni stansiya tikilib, 2500 meqavatlıq yeni güclər yaradılıb. Onlardan biri də bu ilin sentyabrında Bakıda istifadəyə verilmiş "Şimal-2” elektrik stansiyasıdır.
"Şimal-1” və "Şimal-2” elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saat təşkil edir. Hazırda ən yüksək faydalı iş əmsalına malik olan bu iki elektrik stansiyası birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edəcək.
Yeni elektrik stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir göstərməklə yanaşı, həm də il ərzində 77 milyon kubmetr təbii qazın qənaət edilməsinə, eləcə də regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kilovat-saat elektrik enerjisi itkisinə qənaət etməyə imkan yaradacaq.
Elektrik stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir. Bu, Cənubi Qafqaz regionunda ən faydalı iş əmsalı sayılır. Bu obyekt il ərzində 3,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək.
Elektrik stansiyalarının
tikintisi Bakıda və digər şəhərlərdə
aparılmaqla yanaşı, bir çox rayonları da əhatə
edir. Bölgələrdə elektrik stansiyalarının yaradılması həm
enerji təminatının gücləndirilməsində
mühüm rol
oynayır, həm də regionların inkişafına təkan
verməklə əlavə iş yerlərinin
açılmasına səbəb olur. Bu baxımdan Lerik rayonunda gücü 16,5 meqavat olan elektrik
stansiyası da əhəmiyyətlidir.
Bu, Prezident İlham Əliyevin açılışında iştirak etdiyi çoxsaylı obyektlərdən biridir. Stansiya ölkənin cənub bölgəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə inşa edilib və bir il əvvəl istifadəyə verilib. Elektrik stansiyası Lerikin mərkəzindən bir kilometr cənubda, Cəngəmiran kəndində 3,6 hektar ərazidə yerləşir.
Burada hər birinin gücü 3,3 meqavat olan beş
mühərrik-generator, həmçinin iki
yarımstansiya quraşdırılıb. Layihənin komponentlərinə,
həmçinin bir blok,
iki güc və iki xüsusi sərfiyyat transformatoru da daxildir.
Bu layihə bölgənin enerji təminatı baxımından əhəmiyyəti ilə seçilir. Belə ki, regionun enerji təminatının keyfiyyət göstəricilərini yaxşılaşdıran stansiya ildə 75 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək imkanına malikdir. Bu da Lerik və Yardımlı rayonlarının elektrik enerjisinə tələbatından 40 faiz çoxdur. Stansiyanın fəaliyyəti ilə regionun ucqar nöqtələrində gərginlik səviyyəsinin normadan aşağı düşməsi hallarının qarşısı alınır.
Digər bölgələrdə istifadəyə verilən elektrik stansiyalarının da həmin ərazinin iqtisadiyyatına və orada yaşayan əhalinin sosial həyatına müsbət təsiri böyükdür. Bu stansiyalardan son illərdə istismara daxil olan "Astara”, "Şəki”, "Xaçmaz”, "Naxçıvan”, "Şahdağ”, "Səngəçal” və başqalarını göstərmək olar. "Vayxır”, "Biləv”, "Cənub”, "Taxtakörpü”, "Şəmkirçay”, "Arpaçay-1” və "Arpaçay-2”, "Balakən” və digər stansiyalar, adlarından da göründüyü kimi, ölkənin müxtəlif rayonlarında inşa edilib və sosial-iqtisadi həyata öz töhfələrini verməkdədir. Ötən dövrdə, eləcə də "Azərbaycan” İES-də və "Mingəçevir” SES silsiləsində modernləşdirmə istiqamətli əsaslı yenidənqurma işləri həyata keçirilib.
Sözügedən sahədə ötürücü infrastrukturun
təkmilləşdirilməsi və müasirləşdirilməsi
istiqamətində həyata keçirilən tədbirlər
isə enerjisistemin
dayanıqlığını möhkəmləndirməklə
yanaşı, regional əməkdaşlıq
və kommersiya əlaqələri üçün texniki
imkanların genişləndirilməsinə də şərait
yaradıb.
Həyata keçirilən ardıcıl tədbirlər Azərbaycana öz əhalisini elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin etməyə və onun digər ölkələrə ixracına imkan verib. Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə qeyd edildiyi kimi, bu, beynəlxalq reytinq təşkilatlarının da diqqətindən yayınmır və onlar Azərbaycanın nailiyyətlərinə layiqincə dəyər verirlər.
Flora SADIQLI
Azərbaycan.-2019.- 19 oktyabr.- S.1;4.