Azərbaycan-Latviya
əməkdaşlığı genişlənir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Latviya Respublikasının sabiq
Prezidenti Raymonds
Veyonislə görüşüb.
AZƏRTAC xəbər verir ki, qonağı salamlayan Prezident İlham Əliyev dedi:
- Sizi
görməyimə şadam. Xoş gəlmisiniz.
Raymonds Veyonis: Yenidən Bakıda olmaq xoşdur.
Prezident İlham
Əliyev: Mən öyrəndim ki, siz ölkəmizdə səfərdəsiniz. Sizi görməyimə
çox şadam.
Raymonds Veyonis: Dünən gəlmişəm
və iki mühazirə oxumuşam.
Prezident İlham
Əliyev: Bəli, bilirəm, ADA-da.
Raymonds Veyonis: Təkcə ADA-da deyil, həm də Qərbi Kaspi Universitetində.
Prezident İlham
Əliyev: Çox yaxşı.
Raymonds Veyonis: Mən Azərbaycan və Latviya tarixi, mədəni əməkdaşlıqla bağlı
fikirlərimi bildirdim.
Prezident İlham
Əliyev: Mən bizim birgə işimizi xatırlayıram.
Sizin Azərbaycana rəsmi səfərinizi, mənim Latviyaya rəsmi səfərimi xatırlayıram.
Düşünürəm ki, birgə
fəaliyyətimiz ərzində
biz münasibətlərimizi irəli aparmağa nail olmuşuq.
Raymonds Veyonis: Çox iş
görmüşük.
Prezident İlham
Əliyev: Biz siyasi, eləcə də iqtisadi əlaqələr baxımından çox iş görmüşük.
Mən, həmçinin şadam ki, biz razılaşdırdığımız
bütün işləri
həyata keçirmişik.
Xatırlayıram ki, ölkənizə
son səfərim zamanı
biz Azərbaycan Ticarət
Evinin açılması
ilə bağlı sizinlə razılığa
gəldik.
Raymonds Veyonis: Bəli, Ticarət Evi.
Prezident
İlham Əliyev: Bir
müddət sonra o
açıldı. Bu, sizin regionda ilk Azərbaycan Ticarət Evidir. Hazırda bizim
Polşada, Çində, Rusiyada,
Ukraynada, Birləşmiş Ərəb
Əmirliklərində, bəzi başqa
ölkələrdə ticarət evlərimiz var.
Mən şadam ki, sizin regionunuzda bu, Latviyadadır, çünki
bizim həqiqətən də sıx əlaqələrimiz
var. Bildiyiniz kimi, Latviyanın sabiq Prezidenti xanım Vike Freyberqa da Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi çox fəaldır.
Beləliklə, əlaqələrimizin yaxşı
tarixçəsi var. Əminəm ki, qarşıdakı illərdə ölkələrimiz
sıx əməkdaşlığı davam
etdirəcək.
Raymonds
Veyonis: Əlaqələr həqiqətən
də çox yaxşıdır. Bu gün tələbələrə dediyim kimi, biz
həqiqətən də müxtəlif səviyyələrdə
hər zaman inkişaf
etdirilməsi mümkün olan
əla tərəfdaşlığa ümid
bəsləyirik və düşünürəm ki, hər iki tərəf bu tərəfdaşlıqdan zövq alacaq. Bizim ölkəmiz üçün
Azərbaycan bu regionda
çox yaxın strateji
tərəfdaş olub, tərəfdaşdır
və tərəfdaş olacaq.
Azərbaycan.-2019.- 19 oktyabr.- S.1.