“Azərbaycan
Respublikasında bələdiyyə seçkilərinin
hazırlanıb keçirilməsi üzrə əsas hərəkət
və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi
barədə
Qərar ¹ 7/25
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Mərkəzi
Seçki Komissiyası ölkə üzrə növbəti bələdiyyə
seçkilərinin 2019-cu il dekabrın 23-nə təyin edilməsi
haqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının seçki qanunvericiliyində nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə qarşıdan gələn bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin yerinə yetirilmə ardıcıllığını, müddətlərini və subyektlərinin əhatə dairəsini müəyyən edən Təqvim Planının təsdiq edilməsi məqsədəmüvafiqdir.
Mərkəzi Seçki
Komissiyası yuxarıda qeyd edilənləri
əsas götürərək, Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci,
28.4-cü və 213-cü maddələrinə uyğun
olaraq qərara alır:
1. "Azərbaycan Respublikasında bələdiyyə
seçkilərinin hazırlanıb keçirilməsi üzrə
əsas hərəkət və tədbirlərin Təqvim
Planı” təsdiq edilsin.
2. Təqvim
Planı dərc edilsin.
3. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
18.10.2019-cu il
Azərbaycan.-2019.- 19 oktyabr.- S. 6.