2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində
vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən
(hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin
araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun
yaradılması barədə Azərbaycan
Qərar № 7/26
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Mərkəzi Seçki
Komissiyasının 2019-cu il 18 oktyabr tarixli Qərarı
ilə Azərbaycan Respublikasında növbəti bələdiyyə
seçkiləri 2019-cu il dekabrın 23-nə
təyin edilmişdir.
Seçki
qanunvericiliyinin tələblərinə müvafiq olaraq
seçkilər prosesində vətəndaşların seçki
hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)
və qərarlardan verilmiş şikayətlərin
araşdırılması məqsədilə qanunvericilikdə
nəzərdə tutulmuş müddətdə və qaydada
seçki komissiyalarının nəzdində ekspert
qrupları yaradılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə
və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 5.1-ci və 5.2-ci bəndlərinə uyğun olaraq vətəndaşların
seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)
və qərarlardan verilmiş şikayətlərin
araşdırılması məqsədilə, səsvermə
gününə azı altmış gün
qalmış, hər seçki (referendum) dövründə fəaliyyət göstərən,
tərkibinə müvafiq seçki
komissiyasının hüquqşünas
üzvləri, o cümlədən peşəkarlıq,
faktiki və hüquqi
təhlillər aparmaq bacarığı, seçki sahəsində iş
təcrübəsi, fəaliyyətinin qərəzsizliyi barədə
ictimai inamın yüksək olması kimi meyarlara cavab verən seçki
komissiyalarının digər (hüquqşünas
olmayan) üzvləri və katiblik əməkdaşları daxil edilməklə Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının nəzdində 9 nəfərdən, dairə
seçki komissiyalarının nəzdində
isə 3 nəfərdən ibarət müvafiq
ekspert qrupları yaradılır.
Seçki hüququnun pozulması ilə əlaqədar seçki komissiyalarına daxil olmuş şikayət və müraciətlərin araşdırılmasının təmin edilməsi və onların obyektivliyini və səmərəliliyini artırmaq məqsədilə yuxarıda göstərilən qaydada müvafiq ekspert qruplarının yaradılması zəruridir. Ona görə də Mərkəzi Seçki Komissiyasının nəzdində bu qərarın nəticə hissəsində göstərilmiş və yuxarıda göstərilən tələblərə cavab verən 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılmalı, mövcud dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması isə həmin seçki komissiyalarına həvalə edilməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-1.1-ci maddələrinə, yuxarıda göstərilən Təlimatın 5.1-ci və 5.2-ci bəndlərinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində aşağıdakı tərkibdə ekspert qrupu yaradılsın:
Ramiz İbrahimov
-
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
Validə Kazımova -
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
İlham
Məmmədov -
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
üzvü;
Qabil Orucov
-
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
Bəxşeyiş Əsgərov -
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
Tofiq Həsənov -
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
İlkin Şahbazov
-
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
Rafiq Abbasov
-
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi
Hüquq şöbəsinin müdiri;
Nailə
Əsgərova -
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyası
Katibliyi Hüquq şöbəsinin baş məsləhətçisi.
2.
Dairə seçki komissiyalarının nəzdində
qanunvericiliklə nəzərdə tutulmuş müddətdən
gec olmayaraq 3 nəfərdən ibarət tərkibdə ekspert
qruplarının yaradılması dairə seçki
komissiyalarına həvalə edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
18.10.2019-cu il
Azərbaycan.-2019.- 19 oktyabr.- S. 6.