Heydər Əliyev
Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu
imzalanıb
Oktyabrın 18-də Heydər Əliyev Fondu ilə BMT-nın Uşaq
Fondu (UNİSEF) arasında Anlaşma
Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və UNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin iştirak ediblər.
Memorandum 2020-ci ilin sonunadək inklüzivlik və erkən uşaqlıq dövrünün inkişafı sahəsində
müxtəlif layihələrin həyata keçirilməsini
nəzərdə tutur. Əməkdaşlıq
çərçivəsində bu sahədə
valideynlərin təhsil və təcrübələrini dəstəkləyən
proqramların reallaşdırılması, ictimai
maarifləndirmənin artırılması
planlaşdırılır.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun təhsil, səhiyyə və sosial sahələrdə həyata keçirdiyi layihələr barədə danışaraq, fiziki imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, uşaqların sağlamlığı və təhsili sahəsində Fondla UNİSEF arasında mövcud əməkdaşlıq barədə məlumat verib. Qeyd olunub ki, imzalanan Memorandum bu əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradacaq.
Memorandum çərçivəsində Heydər Əliyev Fondu, "Regional İnkişaf” İctimai Birliyi və UNİSEF-in
birgə dəstəyi ilə uşaqların məktəbəqədər
dövrdə sağlamlığı, müxtəlif
bacarıqlarının inkişafı üzrə layihələrin
həyata keçirilməsi nəzərdə tutulur.
İmzalanma mərasimindən
sonra qonaqlar Mərkəzdə
"Live Life”
("Canlı həyat”) sərgisi ilə tanış olublar. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyevanın
təşəbbüsü ilə təşkil olunan sərgi ətraf mühit
problemlərinə, təbiətin qorunmasına diqqət
çəkmək və incəsənətin bu
sahədə rolu barədə ictimaiyyəti
maarifləndirmək məqsədi daşıyır. Ekspozisiya London, Paris,
Berlin, Moskva və Tbilisidə nümayişdən
sonra Bakıya gətirilib.
Azərbaycan.-2019.-
19 oktyabr.- S.4.