Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu keçirilir

Oktyabrın 18-də ADA Universitetində Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu - "NASA Space Apps Challengein açılış mərasimi keçirilib.

Tədbir "Azərkosmos” ASC, ADA Universiteti, ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, AeronavtikaKosmik Tədqiqatlar Milli Agentliyi (NASA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "InnolandİnkubasiyaAkselerasiya Mərkəzinin tərəfdaşlığı, "Lenovo” şirkətinin ölkəmizdəki rəsmi nümayəndəliyinin sponsorluğu ilə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri açan ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev "NASA Space Apps Azerbaijanhackathonunda ölkənin müxtəlif dövlət qurumu və təşkilatlarından, özəl şirkətlərdən və təhsil müəssisələrindən 50-dək komandanın qeydiyyatdan keçdiyini bildirib. Onların sırasında hackathon sahəsində spesifik təcrübə ilə yanaşı, texniki, mühəndislik və riyazi biliklərə malik potensiallı və motivasiyalı gənclərdən ibarət 25 komanda olmaqla ümumilikdə 100 nəfər iştirak hüququ qazanıb.

Səfir Hafiz Paşayev qeyd edib ki, "NASA Space Apps Challengehackathonu oktyabrın 18-də dünyanın təxminən 200-ə yaxın şəhərində eyni anda başlayır. Sevindirici haldır ki, bu şəhərlər sırasında Bakı da var.

ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roald Saqdeyev hackathonun müsbət tərəflərindən bəhs edib. O bildirib ki, hackathon kosmik sahəyə maraq göstərən gənclər üçün bu sahədə innovativ məhsul yaratmaq fürsətini verəcək.

"Azərkosmos”un sədri Rəşad Nəbiyev rəhbərlik etdiyi ASC-nin Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olduğunu vurğulayıb. Qeyd edib ki, hackathonun Azərbaycanda keçirilməsinin məqsədi Yerikosmosu anlamaq təcrübəsini qazanmaq, planetdə baş verən iqlim dəyişiklikləri və onların canlı aləmə təsirini araşdırmaqdır. Eyni zamanda, kosmik sahənin tədqiqində Azərbaycan gənclərinin potensialını üzə çıxarmaqdır. Yarış həmfikir komanda yoldaşını tapmaq və "hacking” bacarıqlarını nümayiş etdirmək üçün yaxşı bir fürsətdir. İştirakçılar əhatələrini genişləndirmək, mentorlardan və mütəxəssislərdən, eləcə də bir-birindən öyrənmək şansı əldə edəcəklər.

 

"Saturn planetinin tədqiqi üzrə Kassini proqramı”nın baş tədqiqatçısı Anna Verbisker bildirib ki, müasir dünyada texnoloji yeniliklər sürətlə inkişaf edir. Bununla ayaqlaşmaq üçün ABŞ-ın kosmik proqramlarını həyata keçirən NASA 2012-ci ildən etibarən "Space Appsmövzusunda beynəlxalq hackathon keçirir. "Space Appshackathonu texnologiya sahəsində işləyənləri, elmi tədqiqatla məşğul olanları, dizayner, sahibkars. sahədən olan insanları bir araya toplayır. Hackathonun məqsədi insanları dünyadakosmosda baş verən hadisələri, habelə dəyişiklikləri araşdırmaq və zərurət yarandığı halda uyğun həll üsullarını təklif etməyə yönəltməkdir.

"Kosmik nəsil üzrə məşvərət şurası” təşkilatının nümayəndəsi Sahit Redi Madara məlumat verib ki, "NASA Space Apps Azerbaijanhackathonunun builki mövzusuna Yerinkosmik sahənin tədqiqi üçün proqram təminatının, məlumat bazasının və kosmik infrastruktur sahəsində problemlərin həlli yolunda müxtəlif tətbiqi proqramlarelektron məhsulların hazırlanması daxildir. Eyni zamanda, qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün NASA tərəfindən iştirakçılara qlobal "NASA Space Appshackathonunun tərəfdaşları olan "Suntiel Hubpeyk təsvirləri, "Google Cloud”, "Microsoft Azure”, "Microsoft Al” platformalarına və "Neustar” veb-saytına giriş imkanı verilib.

Qeyd edək ki, ADA Universitetində keçirilən ikigünlük hackathon yarışında komandalara verilən tapşırıqlar üzərində işləmək üçün əlverişli şərait və komfort zona yaradılıb. Tələbələr və hackathon həvəskarları 2 gün ərzində verilən tapşırıq əsasında məhsul təqdim etmək üçün bir araya gələcəklər. Yarış iştirakçıları təcrübə və biliklərini digərləri ilə bölüşməklə yanaşı, "NASA Space Apps Challengehackathonu çərçivəsində innovativ məhsul yaratmaq imkanı əldə edəcəklər. Hackathonun keçirildiyi müddətdə iştirakçılar arasındakı gərgin mübarizəni asanlaşdırmaq üçün yoqa, fitnesmusiqi fasiləsi olacaq. Bundan əlavə, iştirakçılar üçün NASA-dan həm qonaq, həm də jüri qismində qatılan Anna Verbiskerin təqdimat sessiyası keçiriləcək.

Oktyabrın 20-də keçiriləcək finalda isə komandalar hazırladıqları nəticələri yerli və beynəlxalq üzvlərdən ibarət jüri qarşısında nümayiş etdirəcəklər. Jüri heyəti NASA-nın "Saturn planetinin tədqiqatı üzrə Kassini proqramı”nın baş tədqiqatçısı Anna Verbisker, "Kosmik nəsil üzrə məşvərət şurası” təşkilatının nümayəndəsi Sahit Redi Madara, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki "Innolandİnkubasiyaİnnovasiya Mərkəzi, "Lenovo” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi və "Azərkosmos”un mütəxəssislərindən ibarətdir.

Müsabiqədə qalib komanda üçün mükafat 10 min manat nəzərdə tutulur. İkinci yerin sahibi 5 min manat, üçüncü yerdə qərarlaşan komanda isə 2500 manat mükafat qazanacaq.

Xatırladaq ki, hackathon ortaq fikrə malik insanların müəyyən müddət ərzində, komanda halında eyni mühitdə innovativ fikirlərini kodlaşdırdıqları müsabiqələrə verilən addır. Layihənin ilk sətir və son sətir kodu da o mühitdə yazılmalıdır. Ən sadə dillə desək, bu müsabiqə bir fikrin beyin fırtınası ilə birləşib qısa müddət ərzində kodlaşdırılmasıdır.

Azərbaycan.-2019.- 19 oktyabr.- S.11.