Azərbaycan Milli Məclisinin Sədri Yaponiyaya
səfərə gedib
Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyətimiz Yaponiya İmperatoru Naruhitonun taxta çıxma mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.
Bu barədə AZƏRTAC-a parlamentin mətbuat xidmətindən məlumat
verilib.
Mərasimdə 174 ölkəni təmsil edəcək iki mindən çox nümayəndənin iştirak
edəcəyi gözlənilir.
Xatırladaq ki, Yaponiyanın
indiki İmperatoru Naruhito cari il mayın 1-də taxta çıxıb. Həmin vaxt ona hakimiyyətin
rəmzi hesab edilən əsas dövlət və İmperatorun şəxsi möhürləri, həmçinin
müqəddəs reqaliyalar
təqdim edilib. İmperatorun
taxta çıxması
üzrə komissiyanın
qərarına əsasən,
mərasimin əsas hissəsinin oktyabrın
22-də keçirilməsi qərara alınmışdı.
Azərbaycan.- 2019.- 22 oktyabr.- S. 2.