Sahibkarların
qarşısında qoyulan tək tələb:
verginizi ödəyin, dövlətimizi
gücləndirin
Dövlət
başçısı oktyabrın 15-də keçirdiyi
iqtisadi müşavirədə bütün nailiyyətləri inkişafın
təməldaşı kimi qiymətləndirdi
və islahatların daha dərin mənəvi
tutumunu önə çəkdi, bu sırada ilk növbədə
bütün sahibkarları dövləti aldatmamağa, vergini vaxtında
və şəffaf ödəməyə dəvət etdi.
Prezident İlham Əliyev müşavirədəki nitqində doqquz ayın sosial-iqtisadi göstəricilərini nəzərdən keçirdi, qeyri-neft sektorunda iqtisadi artımın 3 faizi keçdiyini, şaxələndirmə ilə bağlı tədbirlərın müsbət nəticələr verdiyini və yeni potensial imkanların mövcudluğunu bildirdi. Qeyri-neft sənayesində artım 15 faizi keçib. Son illər kənd təsərrüfatına yatırılan böyük investisiyalar ciddi irəliləyişlərə səbəb olub, bu sektorda 9 ayda 7 faizdən çox artım əldə edilib. Dövlət başçısı çıxışında nailiyyətləri sadalasa da, perspektivlərə, yeni uğurlara köklənməyin vacibliyini tənqidi iradları ilə məxsusi vurğuladı.
Azərbaycanın xarici dövlət borcunun aşağı səviyyədə olması - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil etməsi, inflyasiyanın 2 faizdən bir qədər artıq qeydə alınması, 4 milyon 200 mindən çox insanın maddi vəziyyətinin dövlətin sosial paketləri sayəsində yaxşılaşması, əhalinin gəlirlərinin inflyasiyanı əhəmiyyətli dərəcədə üstələməsi vacib faktorlar kimi dəyərləndirildi.
Minimum pensiyanın
alıcılıq qabiliyyətinin səviyyəsinə görə
Azərbaycanın bu gün
MDB məkanında birinci yerdə, orta aylıq pensiyanın həcminə görə
isə üçüncü yerdə
olması böyük nəticə olsa da, bu,
Prezidenti qane etmir: "Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun
olmalıdır. Buna nail
olmaq üçün
bütün maliyyə və iqtisadi sahədə tam
şəffaflıq təmin edilməlidir”.
Prezident İlham Əliyev keçən
il prezident seçkilərindən
sonra andiçmə mərasimindəki
çıxışını xatırlatdı, onun proqram xarakterli
olduğunu bildirdi və
söz verdiyi kimi, islahatların dərinləşməsi
istiqamətində vacib əməli
addımların atıldığını, vergi
və gömrük sahələrində
şəffaflıqla bağlı tədbirlərin
səmərə verdiyini, 9 ayda büdcəyə plandan
əlavə 700 milyon manatdan
çox vəsait daxil
edildiyini diqqətə
çatdırdı. Müşavirədəki nitqində analitik notlara köklənən
dövlət başçısı yenə böyük
ehtiyatların olduğunu, hələ bir çox şirkətlərin
vergini tam ödəmədiyini,
qara mühasibatlığın mövcud olduğunu dedi və xüsusi
tapşırığını verdi:
"Vergi orqanları, digər hüquq mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox
ciddi tədbirlər görməlidirlər.
Həmin sahibkarlar da
bilməlidirlər ki, vergiləri ödəmək
onların borcudur. Onlardan
heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün
qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük
olmalıdır, rüşvətxorluğa, korrupsiyaya
son qoyulmalıdır. Ancaq
sahibkarlar dövlət vergisini
tam şəkildə ödəməlidirlər.
Biz bu vergilər
hesabına sosial layihələri icra edirik, vergilər
hesabına köçkünləri yerləşdiririk, vergilər
hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini
ödəməyən cinayət məsuliyyətinə cəlb
edilməlidir”.
Əslində, dövlət başçısı bu çıxışı ilə həm sahibkarlara, həm də hüquq mühafizə orqanlarına ciddi ismarıc göndərdi. Hər kəsin borcudur ki, öncə Vətəni düşünsün, insanların sosial rifahının yaxşılaşmasına, ordunun güclənməsinə və dövlətimizin qüdrətli olmasına çalışsın. Və bu gücü təmin edən vergilərin yığılmasında, vaxtında ödənilməsində qanunun aliliyinə söykənsin, öz mənafeyi qədər də Azərbaycanın maraqlarını, vətəndaşların sosial rifahını düşünsün. Əgər biz beynəlxalq standartlardan, Avropa meyarlarından danışırıqsa, vergini də avropalı kimi ödəməyi, avropalı məmur kimi ölkənin mənafeyini daha üstün tutmağı bacarmalıyıq.
Məsələ burasındadır ki, vergidən yayınmalar bütün ölkələrdə eyni dərəcədə ağır fəsadlara gətirir, gəlirlərin gizlədilməsi vergi sisteminə dağıdıcı zərbə vurur və dövləti islahatları irəli aparmaqdan, vacib dövlət qurumlarını, hakimiyyət strukturlarını və sosial layihələri maliyyələşdirməkdən məhrum edir.
Bu baxımdan ötəri də
olsa, digər ölkələrdəki vəziyyətə
nəzər salmaq yerinə düşərdi.
Məsələn, Argentinada hər il vergidən yayınmalar nəticəsində
dövlət büdcəsindən 23 milyard
dollar vəsait gizlədilir. Amma onu da qeyd
edək ki, inkişaf etmiş, vergi sistemi mükəmməl fəaliyyət
göstərən ölkələrdə vergi
cinayətləri o qədər çox deyil. İngiltərədə
hər il vergi cinayətləri
ilə bağlı 50-80 nəfərə qarşı cinayət
işi açılır, Kanadada 200 cinayət işi
araşdırılır.
Vergidən yayınmalara qanunvericiliyin
tələbləri heç də bütün ölkələrdə eyni deyil. Lüksemburq
qanunvericiliyində vergidən yayınmaya görə cinayət
məsuliyyəti ümumiyyətlə yoxdur,
İsveçrədə isə vergi
möhtəkirliyi inzibati hüquqla
tənzimlənir.
Əksər dövlətlərdə qəsdən və bilərəkdən vergidən yayınma birmənalı şəkildə cəzaya layiq ictimai təhlükəli əməl kimi qiymətləndirilsə də, bir sıra ölkələrdə vergidən yayınma halları Cinayət Məcəlləsi ilə yox, müəyyən hüquqi-normativ aktlarla tənzimlənir. Vergi cinayələrinə yanaşma bəlkə buna görə də müxtəlifdir. Vergi cinayətkarlarına cərimələr, saxlanılma tətbiq edilə bilər, onlar ictimai iş və ya həbslə cəzalandırıla bilərlər. Məsələn, vergi cinayətlərinə görə müqəssir bilinənlər Latviyada 5, ABŞ, İsveçdə 6, Belarusda 7, Ectoniya və Bolqarıstanda 10 ilədək həbs edilə bilərlər. AFR, Kanada, Fransa və Çində isə bu tipli cinayət əməllərinə görə ömürlük həbs və hətta sonuncuda edam da tətbiq edilə bilər.
Bu baxımdan dövlət
başçısının çıxışında beynəlxaq
təcrübəyə də müraciət etməsi təsadüfi
deyildi: "Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun
olmalıdır. Avropa ölkələrində
vergisini ödəməyənə
hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə
gətirib çıxarmalıdır. Mən bütün
aidiyyəti qurumlara bir
daha bu
tapşırığı verirəm”.
Bəzilərinə elə gələ bilər ki, Prezident bu addımla sahibkarlara qarşı əvvəlki münasibətini dəyişib, nisbətən sərtləşib. Təbii ki, bu, belə deyil. İş adamlarına tətbiq edilən güzəştlər, verilən imtiyazlar, aqrar sektorda isə vergi ödəmələrindən azad olunmalar və biznesin idarə edilməsini asanlaşdıran bütün qərarlar bu gün də qüvvədədir. Bütün bunların əvəzində sahibkarların qarşısında qoyulan tələbin mahiyyətini bir cümlə ilə belə ifadə etmək olar: sizə verilən imtiyazların və dəstəyin müqabilində siz də düz olun, dövlətinizi sevin və onu aldatmayın.
Dövlət başçısı müşavirədə verdiyi qərarın sərtliyini özü də izah etdi, bunun vacibliyinə aydınlıq gətirdi. Azərbaycan dövlətinin siyasəti birmənalı şəkildə sosialyönümlüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Minimum əməkhaqqı, pensiyalar artırılır, özünüməşğulluq proqramı geniş vüsət alır. Bütün sosial layihələrin inamla yerinə yetirilməsi üçün hər bir sahibkarın, iş adamının ədalətli olması, vergiləri vaxtında ödəməsi zəruridir. Düz işləyən, vergiləri yayınmadan ödəyən sahibkar dövlət üçün ən dəyərli vətəndaşdır.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2019.- 20 oktyabr.- S.1;2.