Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə
aksiyası keçirilib
Azərbaycan
Respublikasının diplomatik xidmət orqanlarının 100
illiyi münasibətilə 2019-cu il ərzində Xarici
İşlər Nazirliyi, habelə ölkəmizin diplomatik
nümayəndəlik və konsulluqları tərəfindən
müxtəlif tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir
ki, oktyabrın 19-da Zığ-Heydər
Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunda xüsusi
ayrılmış ərazidə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə
aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin dəstəyi ilə
keçirilən aksiyada Xarici
İşlər Nazirliyinin rəhbərliyi
və əməkdaşları, ölkəmizdə akkreditə
olunmuş xarici diplomatik nümayəndəliklərin rəhbərləri,
eləcə də diplomatiya
könüllülərinin iştirakı ilə simvolik olaraq 100 ağac əkilib.
Ağacəkmə aksiyasında Azərbaycanın
xarici dövlətlərdə akkreditə
olunmuş diplomatik
nümayəndəlik və konsulları da
iştirak ediblər, onlar
tərəfindən də fəaliyyət göstərdikləri
ölkələrin park və digər ictimai məkanlarında ağaclar
əkilib.
Azərbaycan.-2019.- 20 oktyabr.- S.2.