Vətəndaşların qəbulu keçirilib

 

Oktyabrın 21-də Vergilər nazirinin müavini Mətin Eynullayev Bərdə şəhərində Bərdə, Yevlax, Şəki, Ağdam, Tərtər rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edib.

Vergilər Nazirliyinin Mediakommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergi qanunvericiliyinin tətbiqi, vergi orqanlarında işlə təminolunma, habelə vergi inzibatçılığı sahəsində vergiödəyicilərinin qarşılaşdıqları bir sıra məsələlərlə bağlı müraciətlərə baxılıb.

Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

 

Azərbaycan.- 2019.- 22 oktyabr.- S. 5.