Azərbaycanın Xarici İşlər Nazirliyi
Fransanın Lion inzibati
məhkəməsinin qərarını alqışlayır
Azərbaycanın Xarici
İşlər Nazirliyi Fransa
Respublikasının Lion inzibati
məhkəməsinin bu ölkənin Vilörban kommunası ilə Azərbaycanın
işğal olunmuş
Şuşa şəhəri arasında
2015-ci il mayın 18-də, Azərbaycan və
Fransa milli
qanunvericiliyinə zidd olaraq
imzalanan qeyri-qanuni
"saziş”in ləğv
olunmasına dair bu ilin 17 oktyabr tarixli qərarını alqışlayır.
AZƏRTAC xəbər verir
ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin məlumatında
məlumat verilir.
Məlumatda deyilir: Bu günədək Fransa şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan "yerli hakimiyyət orqanları” arasında imzalanan 10 qanunsuz "müqavilə” Fransanın müvafiq məhkəmə qərarları ilə ləğv olunub. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi mərkəzi olan Şuşa şəhəri ilə imzalanmış 3 qanunsuz "xartiya”nın hamısı ləğv edilib.
Azərbaycan tərəfi
inanır ki, hazırda qüvvədə olan və Fransa qanunvericiliyi, xüsusilə də ölkə
Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil
edən digər qeyri-qanuni "sənədlər”
də tezliklə Fransa məhkəmələri
tərəfindən ləğv ediləcək.
Qanunun aliliyi hər şeydən üstündür və Fransadakı erməni
lobbist qrupları başa
düşməlidirlər ki, onların Fransa qanunlarını və bu
ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz
maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluğa düçardır”.
Azərbaycan.-2019.- 20 oktyabr.- S.2.