Azərbaycanın
Dövlət Müstəqilliyi Günü
Ankarada qeyd olunub
Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü və diplomatik xidmət orqanlarımızın yaradılmasının 100 illiyi münasibətilə tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir
ki, əvvəlcə rəsmi şəxslərin
və diplomatların iştirakı ilə səfirliyin həyətində
diplomatik orqanlarımızın
yaradılmasının 100 illiyi münasibətilə
ağac əkilib. Sonra
bu aksiya Türkiyə
paytaxtında yerləşən Heydər Əliyev Parkında davam edib.
Daha sonra Heydər Əliyev Parkında Ankaranın Mamak rayonundakı Əli Kuşçu adına orta məktəbin şagirdlərinin Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr etdikləri bədii proqram olub.
Ümummilli Lider
Heydər Əliyevin abidəsi önündə Azərbaycanın
Dövlət himnini xorla
oxuyan şagirdlər vətənimizə,
Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan şeirlər səsləndiriblər. Qeyd edək ki, şagirdlərin
bu proqramı Ankaranın Əli Kuşçu adına orta
məktəblə Bakıdakı 47 nömrəli tam orta məktəbin
şagirdləri arasında keçirilən "Məktub
qardaşlığı” layihəsinin tərkib hissəsidir.
Tədbirin sonunda
ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahim və Türkiyə-Azərbaycan
parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri
Necdət Ünüvar Azərbaycanın
Dövlət Müstəqilliyi Günü
və diplomatik orqanlarımızın
yaradılmasının 100 illiyi ilə
bağlı fikir və mülahizələrini
jurnalistlərlə bölüşüblər.
Azərbaycan.-2019.- 20 oktyabr.- S.4.