Azərbaycanın
Dövlət Müstəqilliyi Günü
münasibətilə Londonda və Strasburqda tədbir keçirilib
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Azərbaycan Evinin təşkilatçılığı ilə Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir
ki, Azərbaycan Evində keçirilən
tədbirdə əvvəlcə ölkəmizin Dövlət himni səsləndirilib. Sonra
Dövlət Müstəqilliyi Günü
ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə qonaqlara Dövlət Müstəqilliyi Gününün tarixi barədə məlumat verib. Müasir Azərbaycanın 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu söyləyən səfir müstəqilliyin qorunub saxlanılmasının gənc nəslin əlində olduğunu bildirib. Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin yaradıcısı və rəhbəri Əli Təkin Atalar Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin müasir tariximizin parlaq səhifəsi olduğunu qeyd edib.
Daha sonra
gürcü əsilli antropoloq
və etnoqraf, İngiltərənin ən
məşhur universitetlərində dərs demiş
Tamara Draqadze
çıxış edib. O, müstəqilliyin
əldə edilməsi ərəfəsində Azərbaycanın
üzləşdiyi çətinliklərdən
danışıb və qonaqların suallarını
cavablandırıb.
Tədbirdə
Böyük Britaniyada təhsil alan tələbələr də
Dövlət Müstəqilliyi Günü ilə bağlı
fikirlərini bölüşüblər.
* * *
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyində Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir
ki, tədbirin əvvəlində Azərbaycanın
Dövlət himni səsləndirilib. Sonra daimi nümayəndəliyimizin
rəhbəri, səfir Fəxrəddin İsmayılov
çıxış edərək 1991-ci ildə dövlət
müstəqilliyinin bərpa edilməsinin müasir
tariximizin parlaq səhifəsi
olduğunu söyləyib. O,
28 il ərzində ölkəmizdə
keçilən yola nəzər salaraq Azərbaycanın üzləşdiyi
çətinliklər, xüsusən Ermənistanın təcavüzü
nəticəsində ərazilərimizin işğal
edilməsi, bir milyondan
artıq insanın məcburi köçkün
və qaçqına çevrilməsi barədə
danışıb. Səfir çətinliklərə baxmayaraq, ölkəmizin böyük
tərəqqi yolu keçdiyini
deyib.
Tədbirdə həmçinin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 27 may
2019-cu il tarixli Sərəncamı
ilə "Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi (1918-2018)” yubiley
medalı Fransada Azərbaycan diasporunun üzvü,
ölkəmizlə bağlı çoxsaylı
yazıların müəllifi Şirin Melikoffa təqdim edilib.
Diasporla İş
üzrə Dövlət Komitəsi həmin medalı təqdim
etməyi daimi nümayəndəliyimizə
həvalə edib. Təltifə görə
ölkə rəhbərliyinə dərin minnətdarlığını
ifadə edən Ş.Melikoff ilk dəfə Azərbaycana 1970-ci illərdə
getdiyini və həmin vaxtdan
davamlı olaraq ölkəmizlə təmasda
olduğunu bildirib. O,
hətta bir çox tarixi hadisələrin, o
cümlədən
20 Yanvar faciəsinin baş verdiyi vaxtlarda və 1991-ci ilin 18 oktyabrında Azərbaycanda olduğunu bildirərək xatirələrini bölüşüb.
Qeyd edək ki,
XX əsrin əvvəllərində Fransaya
gələn Azərbaycan mühacir nəslinin
nümayəndəsi Ş.Melikoffun
anası İren Melikoff
da uzun illər Azərbaycan
daxil olmaqla, türk dünyası ilə bağlı
apardığı araşdırmalarla tanınıb.
Azərbaycan.-2019.- 20 oktyabr.- S.4.