Hərbi Dəniz
Qüvvələrinin taktiki təlimləri
başa çatıb
Hərbi Dəniz Qüvvələrinin (HDQ) enerji infrastrukturunun mühafizəsi üzrə Xəzər dənizinin Azərbaycana aid hissəsində keçirdiyi taktiki təlimlər başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkili olub.
Təlimdə qüvvələrin idarəolunması
üzrə komandirlərin və qərargahların
bacarıqları təkmilləşdirilib, gəmi birləşmələrinin
döyüş
tapşırıqlarının yerinə yetirilməsi
hazırlıqları yoxlanılıb.
Azərbaycan.- 2019.- 22 oktyabr.- S. 7.