Prinsipial mövqe

Təkzibolunmaz bir həqiqətdir ki, Azərbaycan dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkan kimi həmişə əhəmiyyətini saxlayır.

Bir neçə gün əvvəl Rusiyanın Soçi şəhərində keçirilmiş "ValdayBeynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər əbəs yerə deyildir ki, dünya mediasının gündəmindən düşmür.

Tədbirdəki çıxışında ölkəmizin inkişafı haqqında ətraflı məlumat verən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın işğalının nəticələrinə yönəltdi. O, bir daha vurğuladı ki, münaqişənin həllinə ikili standartlarla yanaşan beynəlxalq təşkilatlar 25 ildən artıqdır ki, Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsinə göz yumurlar.

Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın tərkib hissəsidir nöqtəbəyanatının heç bir tarixi əsası olmadığını faktlarla sübut etdi. 1828-ci il Türkmənçay müqaviləsi ilə Rusiya İran arasında torpaqları bölüşdürülənədək Azərbaycan həm Qarabağ xanlığının, həm İrəvan xanlığının sahibi idi. Dövlət başçısı diqqətə çatdırdı ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın Azərbaycana verilməsindən yox, məhz Azərbaycanın tərkibində qalmasından söhbət gedir.

Respublika Prezidenti çıxışının sonunda belə bir haqlı fikir səsləndirdi: "Dünya tərəfindən həm Aran, həm Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb, Ermənistan özü bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır nida işarəsi”.

Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qan verən ürək yarasıdır. Milyonlarla soydaşımızı narahat edən bu yara hərbi güc hesabına da olsa bağlanmalıdır.

 

Digər tərəfdən, cənab İlham Əliyev əsrlər boyu yaddaşlarda qalacaq bu çıxışı ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında erməni millətçilərinin onların havadarlarının yaratdığı informasiya blokadasını qətiyyətlə darmadağın etdi.

"Valdayklubu kimi mötəbər bir təşkilatın, 74 ölkədən min nəfərdən çox nümayəndənin, dövlət hökumət başçılarının, elm analitik təhlil mərkəzlərinin rəhbərlərinin qatıldığı tədbirdə ölkə rəhbərinin səsləndirdiyi qətiyyətli mövqe yerində məqamında nümayiş etdirilən bir fikir kimi dəyərləndirilməlidir.

Mən də bir ziyalı və tarixçi kimi bütün müəllimləri, ziyalıları "Qarabağ Azərbaycandır!” hərəkatına qoşulmağa, Prezident İlham Əliyevin arxasında sarsılmaz bir xalq hərəkatının dayandığını bir daha nümayiş etdirməyə çağırıram!

Hüseynbala ƏLİYEV,

Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

Azərbaycan.-2019.- 20 oktyabr.- S.7.