Şəmkirli gənclər
Prezident İlham
Əliyevi dəstəkləyirlər
Şəmkirdəki
Heydər Əliyev Mərkəzinin qarşısında
böyük izdiham yaşanmışdır. Əllərində üçrəngli Azərbaycan
bayrağı tutmuş gənclər, eləcə
də şəhər məktəbliləri Azərbaycanın
Dövlət Müstəqilliyinin 28-ci ildönümü
və İlham Əliyevin Soçidə
keçirilən "Valday” Beynəlxalq
Diskussiya Klubunun illik iclasının plenar
sessiyasındakı çıxışını dəstəkləmək
məqsədilə yürüşə
çıxmışdılar.
Üzlərindən sevinc və fərəh oxunan tədbir iştirakçıları Gənclər Mərkəzinədək yürüş etdilər. Meydanda quraşdırılmış monitorda müasir Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin ikinci dəfə müstəqilliyə qovuşmuş respublikamız haqqında fikirləri, eləcə də Dövlət himni səsləndirilmişdir. Ətrafa yayılan musiqi sədaları gənclərdə xoş ovqat yaratmışdır. Çıxış edənlər müstəqil respublikamızın keçirdiyi çətin günlərdən, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində qazandığı uğurlardan danışmışlar. Qeyd edilmişdir ki, dünya şöhrətli lider Heydər Əliyev qısa zamanda ölkəmizi dünyada tanıtmış, onu sürətlə inkişaf etdirərək xalqımızı ağ günlərə çıxarmışdır. Ümummilli Lider özündən sonra Azərbaycanı özü qədər inandığı Prezident İlham Əliyevə həvalə etmişdir. Heydər Əliyev kimi Prezident İlham Əliyev də xalqına arxalanaraq ölkəmizi dünyada görünməyən inkişaf yoluna çıxarmışdır. Dövlət başçısı Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində gərgin əmək sərf edir. Mötəbər yığıncaqlarda erməni yalanlarını ifşa etməklə Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Elə Rusiyanın Soçi şəhərində keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasının plenar sessiyasındakı çıxışı buna misaldır. Azərbaycan Prezidenti bu çıxışı ilə Ermənistana növbəti dəfə vurduğu siyasi-diplomatik zərbə tarixə düşdü. Bu çıxışı ilə Prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı qətiyyətli mövqeyi Nikol Paşinyana, bütünlükdə erməni ictimaiyyətinə, həmçinin Ermənistanın havadarlarına olduqca layiqli cavab oldu.
Sonra incəsənət
ustaları ölkəmizin uğurlarına həsr olunmuş mahnılar səsləndirmiş, gənclər
müstəqil Azərbaycana həsr edilmiş
şeirlər söyləmişlər.
Rəsmi hissədən sonra
gənclər musiqi sədaları
altında rəqs etmiş, müxtəlif
tədbirlər həyata keçirmişlər.
Sabir ƏLİYEV
Azərbaycan.-2019.- 20 oktyabr.- S.7.