Məcburi
köçkünlər doğma
yurdlarına qayıdacaqlar
Oktyabr
ayının 3-də Rusiya Federasiyasının Soçi şəhərində
"Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının
plenar sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan Prezidenti cənab İlham
Əliyev dərin məzmunla və yüksək effektli çıxışında ölkəmizin
əsas problemini yenidən gündəmə
gətirərək Dağlıq Qarabağ
münaqişəsinin əsl mahiyyətini beynəlxalq
ictimaiyyətə bir daha
təfsilatı ilə çatdırmışdır.
Möhtərəm Prezident öncə Ermənistanın iç üzünü açaraq onun rəhbərlərinin yalanlarını ortaya qoydu. Cənab İlham Əliyev rəhbər müdrikliyi və siyasətçi məharəti ilə faktlar əsasında sübut etdi ki, Ermənistanın rəhbərləri və siyasətlə məşğul olanları həmişə yalan danışıblar, əslində ermənilər Azərbaycan ərazisinə sonradan köçürülüb, bizim torpaqlarımızda yerləşdiriliblər və ərazilərimiz hesabına özlərinə dövlət qurublar.
"Qarabağ-Azərbaycandır və nida işarəsi” sözləri ilə
çıxışını bitirən Prezident
İlham Əliyev bununla
da beynəlxalq aləmə və Ermənistana
çox ciddi və qəti
bir mesaj
çatdırdı.
Məhz "Valday” forumunda cənab Prezident ermənilərin məhdud yerli dairədə səslənmiş” nöqtə”sinə beynəlxalq miqyaslı forumda "nida” ilə cavab verib bir daha dünyaya bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin edəcək, müstəqil və güclü Azərbaycan Ermənistanın öz işğalçı siyasətini davam etdirməsinə imkan verməyəcək və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıdacaqlar.
Bu tarixi
çıxış hər birimizə çox
böyük güc, inam və qürur verdi, bütövlükdə gündəmin əsaslı
surətdə dəyişdirilməsinə gətirib
çıxardı.
Prezidentimiz bu tutarlı və sərrast cavabın təsirini və əhəmiyyətini xüsusi vurğulayaraq bəyan etdi ki, Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdir: "Mən ona elə bir yerdə cavab verdim ki, hər kəs eşitsin. Mən canlı efirdə, Rusiyada, mötəbər "Valday” klubunun panelində dedim və bunu bütün dünya eşitdi”.
Doğrudan da, Ermənistana elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Qarabağ Azərbaycandır və nida işarəsi. Vəssalam. Cəsarət və qətiyyət nümunəsi olan bu ifadənin arxasında möhtəşəm bir gücün dayandığı şəksiz həqiqətdir. Bu güc xalqın iradəsi, qələbəyə sonsuz inam, güclü lider, güclü dövlət, güclü ordu vəhdətidir. Əminik ki, çox yaxın vaxtda xilas olunmuş Qarabağda Prezidentimizin komandanlığı ilə müzəffər ordumuzun möhtəşəm qələbə paradını keçirəcəyik. Hökmən belə olacaq və o gün uzaqda deyil. Prezidentin "Valday”dakı çıxışı xalqın ürəyindən xəbər verdi. İndi hər yerdə adamlar bu çıxışdan danışırlar. Əhali böyük ruh yüksəkliyi ilə Prezidenti dəstəkləyir.
Ədalət
ƏSGƏROV,
Cəlilabad Rayon Ağsaqqallar
Şurasının sədri
Azərbaycan.-2019.- 20 oktyabr.- S.7.