Rusiya Federasiyasının Prezidenti
Zati-aliləri cənab
Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç.
Krasnoyarsk diyarında insan
tələfatı ilə
nəticələnmiş faciə
barədə xəbər
məni dərindən
kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına
və yaxınlarına
səmimi qəlbdən
başsağlığı verir, zərərçəkənlərin
tezliklə sağalmasını
arzu edirəm.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 22 oktyabr 2019-cu il.
Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 1.