R.A.Qasımovun Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü təyin
edilməsi haqqında
Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisində heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların təqdimatını nəzərə alaraq, "Azərbaycan Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun I hissəsinin 1-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Rövzət Afət oğlu Qasımov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilsin.
Z.ƏSGƏROV,
Azərbaycan Respublikası Milli
Məclisi Sədrinin birinci müavini
Bakı şəhəri,
22 oktyabr 2019-cu il
Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 3.