Qoşulmama Hərəkatının XVIII Zirvə
Görüşünə 60-a yaxın ölkənin dövlət
və hökumət başçısı qatılacaq
Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında məlumat verib.
O, həmçinin qeyd edib ki, tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.
Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə
Görüşü oktyabrın 25-26-da
Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə
təşkilata üzv ölkələrin
Xarici İşlər nazirləri sammitə
hazırlıq məsələlərini müzakirə edəcəklər.
Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 3.