Qoşulmama Hərəkatının XVIII Zirvə
Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın
nümayəndələrinin iştirakı təsdiqlənib
Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında bildirib.
O qeyd edib ki, Bakıda keçiriləcək Zirvə Görüşündə dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.
Nazir müavini
bildirib ki, Zirvə
Görüşündə 4 yekun sənədin
qəbulu da gözlənilir. Bunlar Yekun sənəd, Bakı Siyasi
Bəyannaməsi, Ev sahibliyi
dövlətə təşəkkür və Fələstin
üzrə sənəddir. İlk üç sənədə Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə
bağlı maddələr daxil edilib.
Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 3.