Maksim ŞEVÇENKO: “Aİ Azərbaycandakı
aksiyadan narahatlıq ifadə etməkdənsə
İspaniya hökumətinə
qarşı bəyanatlar versin”
Avropa İttifaqı Azərbaycanda keçirilən aksiyadan narahatlıq ifadə etməkdənsə İspaniya hökumətinə qarşı bəyanatlar versin.
AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü, jurnalist Maksim Şevçenko "Komsomolskaya Pravda” radiosunun efirində söyləyib. Barselonada baş verən hadisələri şərh edən jurnalist bildirib ki, bu hadisələr həm İspaniya, həm də bütövlükdə Avropa İttifaqı üçün təhlükəlidir. Avropa İttifaqının bu hadisələrə fikir verməməsi təəssüf doğurur. Avropa İttifaqı İspaniya hökumətinə qarşı bəyanatlar vermək və tədbirlər görməkdənsə Azərbaycanda keçirilən aksiyadan narahatlıq ifadə edir.
M.Şevçenko
xatırladıb ki, Rusiya
Prezidenti Vladimir Putin "Valday” forumunda separatizmə qarşı
çıxaraq Rusiyanın Avropanın heç
bir ölkəsinin bölünməsini, separatizmi istəmədiyini qeyd
etmişdi.
Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 4.