Diplomatik zərbə
Prezident
İlham Əliyevin Rusiyanın Soçi şəhərində keçirilən
"Valday” Beynəlxalq
Diskussiya Klubunun növbəti iclasının
plenar sessiyasındakı
çıxışı ürəyimizdən
xəbər verdi.
Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Prezidenti Ermənistana diplomatik zərbə vuraraq Azərbaycanın mövqeyini bir daha bəyan etdi.
Bu çıxışı biz - Qarabağ müharibəsi
iştirakçıları ətraflı müzakirə
etdik. Ermənistanın
baş naziri N.Paşinyanın Xankəndidəki
bəyanatına Azərbaycan
Prezidenti "Qarabağ
Azərbaycandır və
nida işarəsi” deməklə elə bir tutarlı cavab verdi
ki, ermənilər bu zərbədən yəqin çətin ayılarlar. Özü də Ermənistanın baş naziri bəyanatını Xankəndidə
bir qrup tərəfdarı qarşısında
səsləndirmişdisə, Azərbaycan Prezidenti ona cavabı elə bir mötəbər
yerdə verdi
ki, bütün dünya eşitdi.
Azərbaycan Prezidentinin bu bəyanatı işğal
altındakı torpaqlarımızın
azad ediləcəyi günün daha uzaqda olmadığına həm də bir mesaj idi. Onu da deyim ki, torpaqlarımızın
bütövlüyü uğrunda
gedən müharibədə
mən də iştirak etmişəm.
1993-cü ildə Tovuzun
Əsrik, Əlibəyli,
Koxanəbi və s. kəndlərinə hücumlar
edən ermənilərin
qarşısını almaq
üçün silaha
sarılmışam. Şiddətli gedən döyüşlərdə
başımdan ağır
güllə yarası
almışam. Belə ki,
müharibənin nə
olduğunu yaxşı
başa düşürəm.
Odur ki, Prezident İlham
Əliyevin bu münaqişənin sülh
yolu ilə həll olunması üçün həyata
keçirdiyi tədbirləri
mən də dəstəkləyirəm. Ancaq lazım gəlsə, Silahlı Qüvvələrin
Ali Baş Komandanının
əmri ilə yenidən döyüşlərdə
iştirak etməyə
hazıram. Onu da deyim ki, hazırda
rəhbərlik etdiyim
ictimai birlikdə 1000 nəfərədək Qarabağ
müharibəsi veteranı
qeydiyyatdadır. Onların hər
biri bu gün
də müharibəyə
getməyə hazırdır.
Düşmən bilməlidir ki,
Azərbaycan oğulları
bir qarış torpağı da işğal altında qalmağa qoymayacaqlar.
Əli ƏLİYEV,
Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri
İctimai Birliyinin Tovuz filialının sədri
Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 5.