Türkiyə təcrübəsi
öyrənilir
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində məlumatların idarə olunmasının daha da təkmilləşdirilməsi üçün Türkiyə təcrübəsindən yararlanır.
Bununla bağlı Türkiyə Respublikası Ətraf Mühit və Şəhərsalma nazirinin müavini xanım Fatma Varankın başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı üzrə Baş direktor cənab Mehmet Zeki Adlı, Coğrafi Məlumat Sistemləri üzrə Baş direktor cənab İsmail Tüzgen və digər nümayəndələr ölkəmizə iki günlük təlim səfərinə gəliblər.
Təlimin ilk günü nümayəndə heyəti Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində əmlak idarəçiliyi sahəsində tətbiq edilən informasiya resursları, müasir proqram təminatları ilə tanış olub. Nümayəndə heyəti ilə komitə əməkdaşları arasında daşınmaz əmlakın qeydiyyatı ilə bağlı interaktiv təcrübə mübadiləsi aparılıb. Aidiyyəti dövlət və bələdiyyə orqanları ilə "Elektron İnformasiya Sistemləri” vasitəsilə məlumat mübadiləsinin aparılması, arxiv işinin təşkili, arxivlərin elektronlaşdırılması, daşınmaz əmlakın qeydiyyatında "bir pəncərə” sistemindən istifadə, o cümlədən məhkəmələr və banklar tərəfindən hüququn məhdudlaşdırılmasına (məhdudiyyət, yüklənmə) dair əməliyyatların aparılması təcrübəsinin öyrənilməsi, əmlaka həbs və qadağaların dövlət reyestrinə daxil edilməsi üçün məlumat bazasının elektron məhkəmə sistemi üçün açılması təcrübəsinin öyrənilməsi kimi məsələlər müzakirə olunub, bu sahələrdəki mövcud təcrübələrdən bəhs edilib.
İkinci gün
daşınmaz əmlakın kadastrı və coğrafi
məkan məlumatları sistemi sahəsindəki
tətbiq edilən yeniliklər, bu sahədəki
Türkiyə təcrübəsi öyrənilib. Türkiyədə Kadastr Məhkəmələrinin
fəaliyyəti, torpaqların elektron kadastr uçotu
haqqında, daşınmaz əmlakın kadastr
və reyestr məlumatlarının
qarşılıqlı inteqrasiyası və mövcud
bazaların aktuallığının təmin edilməsi, Milli Məkan Məlumatları İnfrastrukturunun
yaradılması, o cümlədən
fasiləsiz fəaliyyət göstərən coğrafi
mövqeləndirmə şəbəkəsinin idarə edilməsi
məsələləri müzakirə olunub.
Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 6.