Mütəxəssislər
köməyə gəlir
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, eləcə də Azərbaycan Aqronomlar İttifaqının təşəbbüsü ilə Salyanın Qarabağlı kəndində "İstixana təsərrüfatlarında bitki mühafizə tədbirləri və elmi təminat” mövzusunda təlim və sahə nümayişi keçirilib.
Tədbirdə çıxış edənlər sağlam toxum materillarından istifadə və bitki mühafizə tədbirlərinin əhəmiyyəti barədə məlumat veriblər. Bildiriblər ki, Salyanın ən böyük kəndlərindən olan Qarabağlı kəndində son illər istixanalar genişlənir. Lakin əhali tərəfindən sağlam toxum materiallarından istifadə və bitki mühafizə tədbirlərinin təmin edilməsi aşağı səviyyədə olduğu üçün kəndin əksər təsərrüfatlarında xəstəliklər baş verir, zərərvericilərin aktiv hərəkəti fermerlərin iqtisadi ziyanla üzləşməsinə səbəb olur.
Bunu əsas gətirən mütəxəssislər kənd adamlarına aqrar sahədə mövcud xidmətlərdən istifadə etməyi tövsiyə ediblər. Onlar aqrar sahədə çalışanları dövlət dəstəyi ilə yenidən qurulmuş Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə fəal əməkdaşlıq etməyə çağıraraq bildiriblər ki, institutun alimləri fermerlərə ödənişsiz məsləhət xidməti göstərməyə, eyni zamanda onları rayonlaşdırılmış tərəvəz toxumları ilə təmin etməyə hazırdırlar.
Daha sonra mütəxəssislər
tərəfindən fermerlər üçün
sahə nümayişi keçirilib.
İstixana şəraitində keçirilmiş nümayişdə şitillərin
düzgün əkin, gübrələmə,
xəstəlik və ziyanvericilərlə mübarizə
metodları əyani göstərilib, iştirakçılara metodiki materiallar
paylanılıb.
Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 6.