İlham Əliyevin
regional inkişaf siyasətinin
növbəti uğuru
39 şəhər
və rayon gələnilki
dövlət büdcəsindən
dotasiya almayaraq özünü tam maliyyələşdirəcək
"Azərbaycan
Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi artıq ictimaiyyətə
açıqlanıb. Layihəyə
əsasən, 2020-ci ildə
dövlət büdcəsinin
gəlirlərinin 24 milyard
134 milyon 500 min manat, xərclərinin 26 milyard
913 milyon 700 min manat məbləğində olması
nəzərdə tutulur.
Bu, 2019-cu illə müqayisədə
gəlirlər üzrə
4,2 faiz, xərclər üzrə isə 6,8 faiz çoxdur. Yaxın günlərdə layihə və büdcə zərfinə
daxil olan digər məsələlər
Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Qeyri-neft gəlirlərinin
artırılması diqqət
mərkəzində saxlanılacaq
2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi
artımı 3 faiz olmaqla 83,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı
3,8 faiz olmaqla 54,6 milyard manat proqnozlaşdırılır.
2021-ci ildə qaz emalının kəskin artması nəticəsində isə
neft sektorunun artımında da əhəmiyyətli sıçrayış
proqnozladırılmaqdadır. Bütövlükdə proqnozlara
əsasən, 2023-cü ilə
qədər ölkə
ÜDM-i 97,7 milyard manata çatacaq. Təbii ki, bu zaman qeyri-neft sektorunun inkişafının
təmin edilməsi əsas iqtisadi prioritetlərdən biri olmağa davam edəcək. Ortamüddətli
dövrdə ÜDM-in tərkibində
qeyri-neft sektorunun payının 66,8 faizə yüksələcəyi
proqnozlaşdırılır.
Tədiyə və ticarət balanslarındakı müsbət
dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə
yürüdülməsi milli
valyutanın mübadilə
məzənnəsinin cari
ildəki kimi sabit qalacağını təmin edəcək. Bu əsasda,
2020-ci il üçün
manat ABŞ dolları
məzənnəsinin 1,7
manat səviyyəsində
qalacaq. Məzənnə sabitliyinin qorunub
saxlanılması, o cümlədən
inflyasiya səviyyəsinin
tənzimlənməsi əhalinin
sosial rifah göstəricilərinə müsbət
təsir göstərəcək.
Proqnozlara əsasən
növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin
real ifadədə orta
hesabla 8,3 faiz artaraq 2023-cü ildə 80,3 milyard manata, xərclərinin isə 7,9 faiz artaraq 69,4 milyard manata qədər yüksəlməsi gözlənilir.
Cari ildə əhalinin sosial rifahının yüksəldilməsi
üçün həyata
keçirilmiş tədbirlərin
nəticəsində iqtisadiyyatın
bütün sahələri
üzrə orta aylıq əməkhaqqı
səviyyəsinin 2020-ci ildə
15,5 faiz artımı gözlənilir.
Gələn ilin dövlət büdcəsi də bu məsələlər nəzərə alınmaqla
tərtib olunub. Makroiqtisadi sabitliyin
qorunması məqsədilə
fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi 2020-ci ildə
büdcə siyasətinin
əsas istiqamətlərindən
biri kimi qalacaqdır. Bu əsasda, büdcə xərclərinin pul proqramının parametrlərinə
uyğun şəkildə
tənzimlənməsi istiqamətində
tədbirlər davam etdiriləcək. Qlobal enerji
qiymətlərinin volatilliyi
fonunda iqtisadiyyatın
neft sektorundan asılılığının azaldılması hədəflərinə
uyğun olaraq, büdcənin qeyri-neft gəlirlərinin artırılması
da gəlir siyasətinin əsas istiqamətlərindən biri
olacaq. Bu əsasda, qeyri-rəsmi məşğulluğun səviyyəsinin
azaldılması və
şəffaflığın artırılması istiqamətində
tədbirlər davam etdiriləcək, vergitutma
bazası genişləndiriləcək,
vergi inzibatçılığı
təkmilləşdiriləcək.
Büdcə xərcləri
inkişafa və rifaha xidmət edəcək
2020-ci il və ortamüddətli dövrdə Azərbaycan Respublikasının milli iqtisadiyyat və iqtisadiyyatın başlıca
sektorları üzrə
Strateji Yol Xəritələrinin icrası,
o cümlədən dövlət
büdcəsinin vəsaiti
hesabına həyata keçirilməsi nəzərdə
tutulmuş dövlət
proqramlarının və
tədbirlərinin maliyyələşdirilməsi
üzrə tədbirlər
büdcə xərclərinin
əsas istiqamətlərindən
biri olacaq. Ənənəvi olaraq büdcənin
sosialyönümlülüyü təmin ediləcəkdir.
Bu əsasda, əməyin
ödənişi, təqaüdlər
və sosial müavinətlər, o cümlədən
əhalinin aztəminatlı
təbəqələrinin sosial
müdafiəsinin möhkəmləndirilməsi
üzrə maliyyə
təminatının yaradılması
prioritet xərc istiqamətlərindən olacaq.
Ölkənin müdafiə
qabiliyyətinin və
təhlükəsizliyinin təmin
edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün
maliyyə təminatının
yaradılması 2020-ci il və ortamüddətli dövrdə
də davam etdiriləcək.
İnsan kapitalının inkişafı,
əmək məhsuldarlığının
artırılması üzrə
tədbirlər də
büdcə siyasətinin
əsas istiqamətlərindən
biri olaraq qalacaq. Bu əsasda, təhsil
islahatlarının davam
etdirilməsi, məktəbəqədər
təhsilin maliyyə təminatı, habelə ali məktəblərə
dövlət sifarişi
əsasında tələbə
qəbulunun daha da genişləndirilməsi
məqsədilə müvafiq
maliyyə təminatı
ayrılacaq.
Xərc siyasətinin digər mühüm istiqaməti ərzaq təhlükəsizliyinin
təmin edilməsi olacaqdır. Bununla əlaqədar, aqrar
sektorun stimullaşdırılması,
kənd təsərrüfatının
aparıcı sahələrinin
inkişaf etdirilməsi
üçün müvafiq
təşviq mexanizmləri
formalaşdırılacaq, maliyyə
dəstəyi və subsidiyalar ayrılacaq.
Gələn il nəqliyyat, kommunal infrastruktur, meliorasiya, sənaye və energetika, kənd təsərrüfatı kimi
prioritet sahələrdə
infrastruktur layihələrinin
dəstəklənməsi, habelə, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin,
əlil və şəhid ailələri
üçün evlərin
tikintisi dövlət əsaslı vəsait qoyuluşunun prioritet istiqamətlərindən olacaq.
Bölgələrin özünümaliyyələşdirmə
prinsipləri əsasında
yaşaması mümkündür
Hər il büdcə tərtib olunarkən qarşıya qoyulan ən əsas vəzifə büdcə xərclərinin səmərəliliyinin
artırılması və
optimallaşdırılmasıdır. Bu sırada artıq
neçə illərdir
ki, qarşıya qoyulan vəzifələrdən
biri də şəhər və rayonların dövlət büdcəsindən maliyyələşməsinin
azaldılması və
tədricən dayandırılmasıdır.
Fərəhli haldır ki,
regional inkişaf proqramlarının
icrasının və
bütövlükdə ölkə
iqtisadiyyatının inkişafının
nəticəsi olaraq ötən illərdə bu istiqamətdə mühüm irəliləyiş
baş verib.
Ötən illərdə
büdcədən dotasiya
alan rayonların
sayının xeyli azalması göstərir ki, bütün bölgələrin özünümaliyyələşdirmə
prinsipləri əsasında
yaşaması mümkündür.
Bunun üçün sadəcə
hər bir şəhər və
rayon özünün potensial
imkanlarından düzgün
yararlanmalıdır. Son
illərdə bəzi
rayonların təcrübəsində
bunun nə qədər real olduğunu
görmək olar.
Məsələn, Prezident İlham
Əliyevin təsdiq etdiyi dövlət proqramlarının uğurlu
icrası və yerli imkanlardan səmərəli istifadənin
nəticəsi olaraq Abşeron və İmişli kimi rayonlar neçə illərdir ki, dövlət büdcəsindən
dotasiya almır.
Qeyri-neft
sektorunun inkişafı
ilə əlaqədar
olaraq bu rayonların iqtisadi imkanları artdıqca yerli gəlirləri də ilbəil çoxalıb və nəticə etibarilə onlar dövlət büdcəsinin vəsaitindən
imtina edib.
Əgər bu rayonlar dotasiyadan imtina etməyə nail olublarsa, digər rayonların da öz hesabına yaşaması tamamilə mümkündür. Ələlxüsus,
Azərbaycanın bütün
rayonlarının özünə
məxsus iqtisadi potensialı, təbii imkanları, ən əsası ölkədə
əlverişli biznes mühiti var. Xərclərin
optimallaşdırılmasının vacib olduğu indiki şəraitdə isə rayonlar buna daha tez
nail olmalıdırlar.
Fərəhli haldır ki, gələn ilin dövlət büdcəsinin
layihəsinə nəzər
yetirdikdə dövlət
büdcəsinin dotasiyasından
imtina edən şəhər və rayonların sayının
artdığını görürük. Bakı,
Gəncə, Sumqayıt,
Lənkəran, Şəki,
Yevlax, Naftalan, Mingəçevir və Şirvan şəhərləri,
Ağcabədi, Ağsu,
Astara, Beyləqan, Cəlilabad, Daşkəsən,
Göyçay, Göygöl,
Hacıqabul, Xaçmaz,
İsmayıllı, Kürdəmir,
Qazax, Qəbələ,
Şəmkir rayonları
büdcədən maliyyələşməyəcək.
Ümumilikdə gələn
il 39 şəhər
və rayon dövlət
büdcəsindən maliyyə
almadan özünü
yerli gəlirlər hesabına təmin edəcək. Xatırladaq ki, 2019-cu ildə
35 şəhər və
rayon büdcədən maliyyələşmir.
Təbii ki, regionların dövlət büdcəsi
dotasiyasından tam azad
olunması üçün
zaman lazımdır. Amma vaxtilə yalnız Bakının dotasiya almadığını, gələn
il isə
öz yerli xərcləri hesabına maliyyələşən şəhər
və rayonların sayının 39-a çatacağını
nəzərə alsaq
görərik ki, bu sahədə qarşıya qoyulan məqsədlərə nail olunur.
Bunun da əsas səbəblərindən
biri ölkədə həyata keçirilən
düşünülmüş iqtisadi siyasətdir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.- 24 oktyabr.- S. 1; 5.